Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət təhsil müəssisəsi.
Bakı Slavyan Universiteti BSU | |
---|---|
40°23′01″ şm. e. 49°50′37″ ş. u. | |
Əsası qoyulub | 1946[1][2] |
Tip | Dövlət |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Süleyman Rüstəm küçəsi, 33 |
Metro | 28 May |
Sayt | bsu-uni.edu.az |
Vikianbarda əlaqəli mediafayllar |
Slavyan və german dillərinin, ədəbiyyatının, mədəniyyətinin, coğrafiyasının, tarixinin, siyasətinin öyrənilməsində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, ukrayn, yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır.
Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır.
Bakı Slavyan Universitetinin Rusiya, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Bolqarıstan, Slovakiya, Serbiya, Belarus, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və digər Şərqi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır.
Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür.
BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M. F. Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi.1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu.
1952-ci ildə M. F. Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi.1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi.1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi. Bu rəsmi sənədə əsasən, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.
1972-ci ildə Azərbaycan SSR rəhbəri H. Əliyevin təşəbbüsü və respublika Nazirlər Sovetinin 2 noyabr 1972-ci il tarixli 362 saylı qərarı ilə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun bazasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu yaradıldı. 2000-ci ilə kimi iki ixtisas — Azərbaycan və rus dilli orta məktəblər üçün rus dili və ədəbiyyatı müəllimləri, 1996-cı ildən isə azsaylı qruplar şəklində tərcüməçi, çex, polyak və bolqar dilləri üzrə mütəxəssislər hazırlanmağa başlanıldı.1994-cü ildə beynəlxalq standartlara uyğun olaraq, institut bakalavr hazırlığı üzrə dördillik tədris planına keçdi, 1997-ci ildən isə magistratura pilləsində kadr hazırlığına başladı.
Azərbaycan Respublikasının Prezidenti H. Ə. Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazası genişləndirilməklə Bakı Slavyan Universiteti yaradıldı. Bundan sonra BSU Şərq bölgəsində nadir ixtisaslar üzrə peşəkar kadr hazırlığını həyata keçirən ali məktəbə çevrildi.
Elə həmin il Kamal Abdulla Respublika Prezidentinin Fərmanı ilə BSU-nun rektoru təyin edildi. Onun rəhbərliyi altında bu təhsil ocağında geniş islahatlar proqramı hazırlanıb həyata keçirildi, universitetin tədris, təlim-tərbiyə, maddi-texniki bazası tamamilə yeniləşdirildi, BSU respublikanın qabaqcıl tədris müəssisələrindən birinə çevrildi. 2014-cü ildə Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edildi. 17 mart 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Asif Hacıyev Bakı Slavyan Universitetinin rektoru təyin edildi.
Bakı Slavyan universitetinin rəhbərliyi | |
---|---|
1 | Rektor Anar Rüstəm oğlu Nağıyev |
2 | Tədris işləri üzrə prorektor Ənvər Abbasov (pedaqoq) |
3 | Elmi işlər üzrə prorektor Nailə Xəndan |
4 | Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova |
5 | Beynəlxalq əlaqələr üzrə prorektor Aytən Bayramova |
Aşağıdakı şəxslər Bakı Slavyan Universitetinin Fəxri doktorlarıdır:
Bakı Slavyan universitetində 8 fakültə fəaliyyət göstərir:
Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsi 2000-ci ilin iyun ayında 1946-cı ildən fəaliyyət göstərən milli məktəblərdə rus dili və ədəbiyyatı fakültəsinin bazasında yaradılmışdır.
Bakı Slavyan Universitetinin Filologiya fakültəsi 2000-ci ilin iyun ayında 1946-cı ildən fəaliyyət göstərən rus dili və ədəbiyyatı fakültəsinin bazasında yaradılmışdır. Öz elmi fəaliyyəti və yüksəksəviyyəli tədris metodikası ilə daim fərqlənən fakültəyə "Filologiya" adının verilməsi, ixtisasın elmi və praktik imkanlarının genişlənməsi tələbindən irəli gəlmişdir. 2001-ci ilin sentyabrından fakültədə filoloq (rus dili və ədəbiyyatı) ixtisası ilə yanaşı filoloq (Azərbaycan dili və ədəbiyyatı), 2005-ci ildən jurnalistika, 2008-ci ildən ilk dəfə olaraq romangerman filologiyası üzrə mütəxəssis hazırlığına başlanmışdır.
"Beynəlxalq münasibətlər" , "Regionşünaslıq" və "Jurnalistika" ixtisasları üzrə tədrisin səmərəli təşkili, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, bu sahələrə aid elmi, elmi-metodik tədqiqatların sistemləşdirilməsi məqsədilə 12 oktyabr 2004-cü ildə Regionşünaslıq və tərcümə fakültəsinin bazasında "Beynəlxalq münasibətlər və regionşünaslıq" fakültəsi təsis edilmişdir. Universitet üzrə 1999-cu ildən "Regionşünaslıq", 2001-ci ildən isə "Beynəlxalq münasibətlər" ixtisasları üzrə tələbə qəbulu həyata keçirilməyə başlanmış, 2003-cü ildə "Regionşünaslıq" (rusiyaşünaslıq, yunanşünaslıq), 2005-ci ildə isə "Beynəlxalq münasibətlər" ixtisaslarına yiyələnmiş bakalavrların ilk buraxılışı olmuşdur.
Azərbaycan filologiyası və jurnalistika fakültəsi Bakı Slavyan Universitetinin 23.09.2011-ci il tarixli 4 saylı əmri ilə Azərbaycan filologiyası ixtisası üzrə kadr hazırlığını aparmaq, bu sahədə mövcud kadr potensialından, elmi-metodik və texniki bazadan səmərəli istifadə etmək məqsədilə yaradılıb.
Bakı Slavyan Universitetinin "Tərcümə" fakültəsi 2004–2005-ci tədris ilində fəaliyyətə başlamışdır. Fakültədə ingilis, rus, polyak, çex, ukrayna, bolqar, belarus və yunan dilləri üzrə peşəkar tərcüməçilər hazırlanır. Məzunlar həm yazılı, həm də şifahi tərcüməçi kimi fəaliyyət göstərə bilirlər.
Lüğət mərkəzi 1971-ci ildə professor M. T. Tağıyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmışdır. Əsas məqsəd Azərbaycan dilinin leksikoqrafiyasında çatışmayan çoxcildli Azərbaycanca-rusca lüğətin tərtib edilməsi idi. İlk növbədə lüğətin kartotekası yaradılmağa başlandı. Bunun üçün bütün yazılı mənbələrdən
Lüğət mərkəzinin yarandığı gündən ona professor M. T. Tağıyev, sonra isə professor F. H. Hüseynov rəhbərlik etmişlər. "Lüğət mərkəzi" elmi-tədqiqat laboratoriyasinın əsas istiqaməti ikidilli lüğətlərin tərtib edilməsidir. Müasir Azərbaycan dilinin 75 min leksik vahidi və minlərlə frazeoloji birləşməsini əhatə edən ilk çoxcildli Azərbaycanca-rusca akademik lüğət bu universitetdə işıq üzü görmüşdür (1986 – 2000). Lüğətin tərtibi universitetin nəzdində fəaliyyət göstərən "Lüğət mərkəzi" elmi-tədqiqat laboratoriyasında baş tutmuşdur.
Rusiya Tədris-Mədəniyyət Mərkəzi 2002-ci ildə Moskva hökumətinin köməyi ilə yaradılmışdır. Mərkəz müasir texniki avadanlıqla kompüterlər, mini kinoteatr, interaktiv lövhə, həmçinin zəngin kitabxana fondu ilə təhciz olunmuşdur. "Moskva auditoriyası"nda tələbələrlə müntəzəm olaraq rus dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı məşğələlər keçirilir.
Mərkəzdə maraqlı şəxslərlə, şair və yazıçılarla, rus mədəniyyət xadimləri və ziyalıları ilə görüşlər təşkil edilir.
Rusiya Tədris-Mədəniyyət Mərkəzində mədəni-kütləvi və təntənəli tədbirlər, elmi seminarlar, ədəbi gecələr, müsabiqə və viktorinalar, sərgi və disputlar keçirilir.
"Sankt-Peterburq" Mədəniyyət və Tədris Mərkəzi 2004-cü ilin noyabr ayında Bakı Slavyan Universitetinin rektoru, prof. K. M Abdullayev və Sankt –Peterburq şəhərindəki Smolnı Universitetinin rektoru akademik H. M. İmanovun təşəbbüsü və əməkdaşlığı ilə yaradılmışdır.
Rus dili və ədəbiyyatı dərslərinin keçirilməsi, Sankt –Peterburqdakı ali təhsil və mədəniyyət ocaqları ilə əlaqə saxlamaq üçün mərkəz lazım olan ləvazimatlarla təchiz olunub. Burada Sankt-Peterburqun istənilən qədim tarixi abidəsi, universiteti və kitabxanası haqqında məlumat almaq mümkündür.
Mərkəzdə Sankt-Peterburqun tarixi və mədəni irsi, şəhəri əsrlər boyu məşhurlaşdıran görkəmli insanların həyatı ilə maraqlanan BSU-nun tələbə və professor–müəllim heyəti ilə görüşlər, tədbirlər və elmi seminarlar keçirilir.
Əcnəbi tələbə və magistrantlar üçün mərkəzdə rus dili dərnəyi fəaliyyət göstərir.
17.10.2001-ci ildə Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin açılış mərasimi baş tutdu. Ukrayna Tədris-Mədəniyyət Mərkəzi Bakı Slavyan Universitetnin nəzdində fəaliyyət göstərən ilk mərkəz olmuşdur.
Hazırda Ukrayna Mərkəzi Azərbaycanda Ukrayna mədəniyyətinin təbliğatı ocağı rolunu oynayır. Mərkəzin bazasında ukraynaşünas tələbələr ukrayna dili və ədəbiyyatını öyrənir, müxtəlif mədəni-kütləvi tədbirlər, Ukrayna tarixi və mədəniyyəti ilə bağlı yubiley gecələri keçirilir.
2001-ci il martın 2-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi və BSU rəhbərliyinin təşəbbüsü ilə mərkəzin nəzdində Ukrayna bazar günü məktəbi fəaliyyətə başlamışdır. Məktəbin dinləyiciləri Ukrayna dili və ədəbiyyatını öyrənir, ukrayna xalqının tarixi, mədəniyyəti, milli adət və ənənələri ilə tanış olurlar.
2011-ci ildə Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin nəzdində "Slavyanoçka" ansamblı yaradılmışdır.
Ukrayna Tədris-Mədəniyyət Mərkəzində Ukrayna və Azərbaycan mədəni irsinin öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri aparılır. Mərkəz Ukraynanın Azərbaycandakı səfirliyi, Ukraynanın Azərbaycan diasporası və Ukraynanın ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.
2004-cü ildən fəaliyyət göstərən Türkiyə Araşdırmaları Mərkəzi Türkiyə Cumhuriyyəti Atatürk Dil, Tarix Yüksək Qurumu, Atatürk Kültür Mərkəzi Başkanlığının yardımı ilə istifadəyə verilmişdir.
Mərkəzdə Türkiyənin dili, tarixi, ədəbiyyatı, mədəniyyəti, iqtisadiyyatı, siyasəti, beynəlxalq əlaqələri ilə bağlı məlumatlar toplanır, Türkiyənin Azərbaycan və Avropa ölkələri ilə əlaqələrinə dair araşdırmalar aparılır.
Müasir Texniki Avadanlıqla təchiz olunmuş mərkəzin xidmətlərindən universitetin türkiyəşünaslıq istiqaməti və Balkan ölkələri üzrə ixtisaslaşan tələbələri, müasir Türkiyə, onun dünya ölkələri sistemində yeri, Türkiyə-Azərbaycan əlaqələrinin tarixi və inkişaf perspektivləri ilə maraqlananlar istifadə edirlər.
Mərkəzdə mədəni tədbirlər, Türkiyə dövlətinin nümayəndələri, elm və mədəniyyət xadimləri ilə görüşlər, elmi konfranslar keçirilir, "Türkiyəsevərlər" dərnəyi fəaliyyət göstərir.
Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzi Yunanıstan hökuməti və Yunanıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə yaradılmış və 2004-cü il iyunun 22 – də Yunanıstan Respublikasının Prezidenti Konstantinos Stefanopulos tərəfindən açılmışdır.
Mərkəzdə Yunanıstanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına, müasir dövrdə Azərbaycan – Yunanıstan əlaqələrinə aid materialların cəmləndiyi kitabxana, texniki vasitələrlə təchiz edilmiş tədris otaqları mövcuddur.
Mərkəzin xidmətlərindən universitetin Yunanıstan və digər Avropa ölkələri üzrə ixtisaslaşan tələbələri, Azərbaycan – Yunanıstan əlaqələri ilə maraqlananlar istifadə edirlər.
Burada bir sıra mədəni – kütləvi tədbirlər, Yunanıstanı təmsil edən dövlət, elm, siyasət, mədəniyyət xadimləri ilə görüşlər, tematik seminarlar, məruzələr təşkil edilir, yunan dili və mədəniyyəti dərnəyi fəaliyyət göstərir.
Mərkəz Bolqarıstanın Azərbaycandakı səfirliyinin köməyi ilə yaradılmış və 2004-cü il oktyabrın 7-də Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanovun iştirakı ilə açılmışdır. Müasir texniki avadanlıqla təchiz edilmiş mərkəzin nəzdində bədii ədəbiyyat, siyasi tarix, iqtisadiyyat və bolqar dili üzrə materiallardan ibarət kitabxana fəaliyyət göstərir.
Bolqar dili və mədəniyyəti mərkəzinin əsas vəzifəsi Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirmək, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağını artırmaq və həmçinin universitetdə bolqarşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir. Burada tədris-metodiki, elmi-tədqiqat və mədəniyyət bölmələri fəaliyyət göstərir.
Mərkəzdə Bolqarıstanın tarixi və mədəniyyəti ilə bağlı tədbirlər, bu ölkənin dövlət, mədəniyyət və elm xadimləri ilə görüşlər, mühazirələr, seminarlar təşkil edilir.
Mərkəzdə bolqar dili dərnəyi fəaliyyət göstərir.
Polyak dili və Mədəniyyəti Mərkəzi Polşa hökuməti və Polşa Respublikasının Bakıdakı səfirliyinin köməyi ilə yaradılmış və 2006-cı il noyabrın 9-da Polşa Respublikası Senatının spikeri cənab Boqdan Boruseviç tərəfindən açılmışdır.
Mərkəzdə Polşanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına aid materialların toplandığı kitabxana, texniki vasitələr ilə təchiz edilmiş tədris otağı mövcuddur.
Mərkəzin əsas vəzifəsi Azərbaycan və Polşa arasında mədəni əlaqələri inkişaf etdirmək, hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağı artırmaq, həmçinin universitetdə polşaşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir.
Mərkəzin xidmətlərindən universitetin Polşa üzrə ixtisaslaşan tələbələri, Azərbaycan-Polşa əlaqələri ilə maraqlananlar istifadə edirlər.
Burada bir sıra mədəni-kütləvi tədbirlər, "disput-klublar" keçirilir, həmçinin Polşadan dəvət olunan qonaqlar məruzələrlə çıxış edirlər.
Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin bilavasitə köməyi ilə yaradılmış Çex Dili və Mədəniyyəti Mərkəzi 13 oktyabr 2010-cu ildə Çexiya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Radek Matula tərəfindən açılmışdır.
Çex Dili və Mədəniyyəti Mərkəzin əsas məqsədi – gənclərin hər iki ölkənin mədəniyyəti, təhsili, maarif və elmində qarşılıqlı iştirakı, həmçinin bohemistika sahəsində təhsil prosesinin mükəmmələşdirilməsidir.
Mərkəz həmçinin Çexiyanın ali təhsil müəssisələri ilə əlaqələrin təşkilinə və əməkdaşlığın inkişaf etməsinə kömək edir.
Mərkəz çex dilində ədəbiyyatı olan kitabxanaya malikdir. Hazırda mərkəzdə təqribən 300 kitab var. Oxuculara həmçinin çex dilində jurnal və qəzetlər, video və audio kasetlər, CD və DVD disklər təqdim olunur. Mərkəzdə çex dili məşğələləri ilə yanaşı müxtəlif mədəni tədbirlər, Çexiyanın mədəniyyəti, tarixi, adət və ənənələri ilə bağlı bayramlar, Çexiyanın siyasi, elm və mədəniyyət təmsilçiləri ilə görüşlər və mühazirələr keçirilir.
Mərkəzin nəzdində danışıq dilinin mükəmməlləşdirilməsi məqsədilə tələbələr üçün çex dili dərnəyi yaradılmışdır.
Belarus Dili və Mədəniyyəti Mərkəzi Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin, Belarus Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə yaradılmış və 2010-cu il 4 iyunda Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko tərəfindən təntənəli şəkildə açılmışdır.
Mərkəzin əsas vəzifəsi Azərbaycan və Belarus arasında mədəni əlaqələrin geniş inkişaf etdirmək, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağı artırmaqdır.
Mərkəz müasir avadanlıqla təchiz edilmişdir. Mərkəzdə metodik vəsaitlər, Belarus Respublikasının mədəniyyəti və tarixi haqqında məlumatlar, Belarusun məşhur müəlliflərin ədəbi əsərləri və bəstəkarların musiqi əsərlərindən ibarət olan zəngin kitabxana toplanılmışdır.
Mərkəzdə Belarusun milli bayramlarına həsr olunmuş tədbirlər, məşhur belarus yazıçı və şairlərin ildönümü və yaradıcılıq gecələri keçirilir. Mərkəzdə həmçinin "Mənim irsim" güşəsi fəalliyyət göstərir. Burada milli geyim, belarus xalqının məişəti və adət ənənələri ilə tanış olmaq olar.
Mərkəz Azərbaycanda Belarus Respublikasının Səfirliyi, "Azərbaycan-Belarus" Əməkdaşlıq və Dostluq Cəmiyyəti və Belarusda Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən "Azərbaycan dili və Mədəniyyəti Mərkəzi" və "Azərbaycan cəmiyyətlərin konqresi" ilə sıx əməkdaşlıq edir.
Azərbaycanşünasliq tədris-mədəniyyət mərkəzi 2006-cı ildə yaradılmışdır. Mərkəzin məqsədi azərbaycanşünaslıq ixtisası üzrə mütəxəssis hazırlığına yardımçı olmaq və elmi tədqiqatlar aparmaq, Azərbaycan haqqında obyektiv informasiyanı respublikamızda və beynəlxalq aləmdə yaymaq və təbliğ etməkdir. Azərbaycanşünaslığın xarici ölkələrdə tədrisi, təbliği, inkişaf etdirilməsi üçün dərsliklərin, dərs vəsaitlərinin, proqramların və bu sahədə mütəxəssislərin hazırlanması, müvafiq mərkəzlərin yaradılması da Azərbaycanşübnaslıq-tədris mədəniyyət mərkəzinin fəaliyyət sahəsinə daxildir.
Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzinin aşağıdakı təşkilat və qurumlarla əlaqələri mövcuddur. Moskva Linqvistik Univesitetində Azərbaycan Dili və Mədəniyyəti mərkəzi, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, Polşanın Varşava Universitetinin Şərqi Avropa Araşdırmaları mərkəzi nəzdində Qafqaz seminarı, Fransa İNALKO Universiteti, Moskva Beynəlxalq Əlaqələr Universiteti, Türkiyə Qafqaz Universiteti, Berlində Humboldt Adına Universitetdə Azərbaycan tarixi kafedrası.
Təhsil Nazirliyinin 8 sentyabr 2003-cü il tarixli, 777 saylı əmrinə əsasən BSU-da 10 sentyabr 2003-cü il tarixindən "Tərcümə problemləri" elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Laboratoriyanın fəaliyyəti əsasən beş istiqamətdə qurulmuşdur. "Filoloqun kitabxanası–100", "Türkologiya", "Dünya nəsri" və "Azərbaycanşünaslıq" seriyalarından əsərlərin seçilməsi, tərcümələrinin təşkil edilməsi, tərcümələrin yığılıb, redaktə olunub çapa verilməsi və Azərbaycan Tərcümə Ensiklopediyasının çapa hazırlanması laboratoriya qarşısında duran əsas məsələlərdir.
Rusiya Federasiyası, Polşa, Ukrayna, Çex Respublikası, Yunanıstan, Almaniya, Bolqarıstan ölkələrinin universitetləri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır. Universitet Avropa Universitetləri Assosiasiyasının (EUA) (Magna Charta Universitatum), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Birliyinin (MAPRYAL), Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür.
Bakı Slavyan Universitetinin Rusiya Federasiyası, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Almaniya, Bolqarıstan, Böyük Britaniya, Fransa, Slovakiya, Serbiya, Belarus, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və bir çox digər Şərqi və Mərkəzi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin nüfuzlu ali təhsil, elm və mədəniyyət müəssisələri ilə sıx münasibətləri var.
BSU, həmçinin bir sıra beynəlxalq təşkilatların — Magna Charta Universitatum (Universitetlərin Böyük Xartiyasının), Beynəlxalq Kadrlar Akademiyası, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyası, Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası, MDBMİ(U) nəzdində fəaliyyət göstərən "Regionşünaslıq" və "Beynəlxalq münasibətlər" istiqamətləri üzrə Rusiya Federasiyası Ali məktəbləri tədris-metodik birliyi Şurasının, MDB Şəbəkə Universitetinin üzvüdür.
Tələbə təşkilatları
Qafqaz Universitetlər Birliyinin üzvüdür.[3]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |