Viktor Ern

Viktor Otto Ern (21 oktyabr 1907[1][2], Gədəbəy, Yelizavetpol qəzası[2]26 dekabr 1997[1], Bonn, Şimali Reyn-Vestfaliya) — alman sualtı gəmi zabiti, 2-ci dərəcəli kapitan, Dəmir xaç ordeni kavaleri.

Viktor Ern
alm. Victor Oehrn
Viktor Ern
Viktor Ern
Doğum tarixi
Doğum yeri Gədəbəy, Azərbaycan
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Bonn, Almaniya
Fəaliyyəti hərbi qulluqçu
Mükafatları

İkinci dünya müharibəsi zamanı Kriqsmarində (III Reyx zamanı alman hərbi dəniz qüvvələri bu adı daşıyırdı) sualtı qayıq ikinci dərəcəli kapitanı (Fregattenkapitan) olmuşdur. O, U-14U-37 sualtıqayıqlarına rəhbərlik etmiş və Müttəfiq qoşunlarının 24 gəmisini batırmaqla, İkinci dünya müharibəsinin sualtı qayıq asları arasındakı siyahıda 28-ci yerdə qərarlaşmışdır.

O, 1907-ci il oktyabrın 21-də Gədəbəy rayonunda alman kolonistinin ailəsində dünyaya göz açmışdır. Atası Gədəbəydə yerləşən "Simens qardaşları və Co"nun direktoru olmuşdur. Viktor onun üçün yad olan yerdə rahatlıqla böyümüşdür. Sonralar Ern uşaqlığı haqda bu sözləri qeyd etmişdir: "Mənim valideynlərimin evində milli, irqi və dini cəhətdən bir-birindən fərqlənən çoxlu sayda insan yaşayırdı. Mənim ilk müəllimim fransız qadın idi, adı Mile idi. Bizim aşpaz və xidmətçilərimiz ermənilər, sürücü və digər qadın işlərində kömək edənlər ruslar idi. Bağbanlar və gözətçilər isə tatarlar idilər. Ern rus dilində sərbəst danışa bilirdi. Onun köhnə Rusiyaya olan sevgisi yeni yaranan Sovet İttifaqı ilə bir müqayisə edilə bilməz".

1921-ci ildə Ernin ailəsi bolşeviklərin onları ölümlə hədələmələri səbəbindən Almaniyaya qaçmaq məcburiyyətində olmuşdur. Ern 1927-ci il 1 oktyabr tarixində donanmaya müdavim (kursant) kimi qəbul olmuşdur. 1929-cu ildə leytenant rütbəsinə layiq görülən Ern "Keniqsberq" və "Karlsrue" adlı yüngül kreyserlərdə xidmət etmişdir. 1935-ci ilin iyulunda sualtı qayıq donanmasına köçürülən ilk dəniz zabitlərindən biri olmuşdur.

1936-cı il 18 yanvar tarixindən 1937-ci il 4 oktyabr tarixinədəl U-14 sualtı qayığına rəhbərlik etmiş, 1936-cı ilin iyul-sentyabr aylarında İspaniya sahillərində olan hərbi əməliyyatlarda iştirak etmişdir. 1939-cu ildə Hərbi dəniz akademiyasını bitirdikdən sonra həmin ilin avqustunda Karl Dönitsin qərargahında qeydiyyata alınmışdır.

İkinci dünya müharibəsi illərində

[redaktə | mənbəni redaktə et]

6 may 1940-cı il tarixində U-37 sualtı qayığına (1938-ci il) komandir təyin edilmiş və bu sualtı qayıqla 4 yürüşdə iştirak etmişdir. Toplam olaraq 81 sutka dənizdə olmuşdur. Elə ilk yürüşündəcə Ern Norveç sularında subasımı 41 207 register tona malik 10 gəmi batırmış və 1 gəmini isə zədələmişdir. İkinci yürüşdə isə Ern subasımı 28 439 register ton olan 7 gəmini, üçüncü yürüşdə isə daha 6 gəmini batırmaqla öz siyahısını genişləndirmişdir. Qısa müddət ərzində Ern subasımı ümumi olaraq 104 842 register ton olan 24 gəmi batırmış və 9494 rt olan bir gəmini zədələmişdir.

21 oktyabr 1940-cı il tarixdə Dəmir xaç ordeni ilə təltif olunmuşdur. 26 oktyabr tarixində isə Admiral-qərargahın 1-ci dərəcəli zabiti kimi yenidən sualtı qayıq donanmasının baş qərargahına qaytarılmışdır.

1941-ci ilin noyabrında isə o sualtı gəmilərin fəaliyyətinin koordinasiyasının həyata keçirilməsi üçün Araılq dənizinə göndərilmiş, 1942-ci ilin fevralında Aralıq dənizində sualtı qayıqlara rəhbərlik edən qərargahda Admiral qərargahlığın 1-ci dərəcəli zabiti təyin olunmuşdur. 1942-ci ilin iyulunda Şimali Afrikaya ezamiyyət zamanı Ern ağır yaralanmış və britaniya qoşunları tərəfindən əsir götürülmüşdür. İsgəndəriyyədə yerləşən Britaniya Hərbi hospitalında sağaldıqdan sonra o, hərbi əsirlər üçün Misirdə yerləşən düşərgədə yerləşdirilmiş, 1943-cü ilin oktyabrında isə Britaniya əsirlərinə dəyişdirilmiş və Port-Said vasitəsilə BarselonaMarselə, ordan isə Almaniyaya qayıtmışdır. 1943-cü ildən Kriqsmarin Ali Komandanlığının operativ şöbəsində 1-ci dərəcəli zabit kimi çalışmışdır. 1945-ci ilin mayında Britaniya qoşunları tərəfindən saxlanılmışdır. Azad olduqdan sonra "Simens" şirkətində çalışmış və Bonnda yüksək vəzifələr tutmuşdur.

Teodor Savas "Sakit ovçular. İkinci dünya müharibəsinin alman sualtı qayıq komandanları" kitabında Viktor Erni "Adı olmayan As" adlandırmışdır. O bu sözləri qeyd etmişdir: "Düzdür, batırdığı gəmilərə, aldığı mükafatlara baxmayaraq, Viktor Erni Alman sualtı qayığının əfsanələri olan Otto Kreşmer və Günter Prienlə müqayisə etmək düzgün deyildir. O, daha çox qərargah zabiti olmuşdur. O, 6 aydan az bir müddətdə sualtı qayığa rəhbərlik etmiş və özünün də qeyd etdiyi kimi, öz rəhbərinin böyük şöhrəti üçün masa arxasında çalışmış və İkinci DM boyunca adı olmayan insan olmuşdur".

  • Busch, Rainer; Röll, Hans-Joachim. Der U-Boot-Krieg 1939–1945 — Die Ritterkreuzträger der U-Boot-Waffe von September 1939 bis Mai 1945 [The U-Boat War 1939–1945 — The Knight's Cross Bearers of the U-Boat Force from September 1939 to May 1945] (German). Hamburg, Berlin, Bonn Germany: Verlag E.S. Mittler & Sohn. 2003. ISBN 978-3-8132-0515-2.
  • Fellgiebel, Walther-Peer. Die Träger des Ritterkreuzes des Eisernen Kreuzes 1939–1945 — Die Inhaber der höchsten Auszeichnung des Zweiten Weltkrieges aller Wehrmachtteile [The Bearers of the Knight's Cross of the Iron Cross 1939–1945 — The Owners of the Highest Award of the Second World War of all Wehrmacht Branches] (German). Friedberg, Germany: Podzun-Pallas. 2000 [1986]. ISBN 978-3-7909-0284-6.
  • Scherzer, Veit. Die Ritterkreuzträger 1939–1945 Die Inhaber des Ritterkreuzes des Eisernen Kreuzes 1939 von Heer, Luftwaffe, Kriegsmarine, Waffen-SS, Volkssturm sowie mit Deutschland verbündeter Streitkräfte nach den Unterlagen des Bundesarchives [The Knight's Cross Bearers 1939–1945 The Holders of the Knight's Cross of the Iron Cross 1939 by Army, Air Force, Navy, Waffen-SS, Volkssturm and Allied Forces with Germany According to the Documents of the Federal Archives] (German). Jena, Germany: Scherzers Militaer-Verlag. 2007. ISBN 978-3-938845-17-2.
  • Die Wehrmachtberichte 1939–1945 Band 1, 1. September 1939 bis 31. Dezember 1941 [The Wehrmacht Reports 1939–1945 Volume 1, 1 September 1939 to 31 December 1941] (German). München, Germany: Deutscher Taschenbuch Verlag GmbH & Co. KG. 1985. ISBN 978-3-423-05944-2.
  1. 1 2 Victor Oehrn // TracesOfWar.
  2. 1 2 Busch R., Röll H. Der U-Boot-Krieg, 1939-1945 (alm.): Die deutschen U-Boot-Kommandanten. 1996. Vol. 1. S. 172f. 344 s. ISBN 3-8132-0490-1
  3. Busch R., Röll H. Der U-Boot-Krieg, 1939–1945: Die Ritterkreuzträger der U-Boot-Waffe von September 1939 bis Mai 1945 — E. S. Mittler & Sohn, 2003.
  4. Busch & Röll 2003, p. 79.