Vilayət — Əhli-beytin vilayəti və rəhbərliyi onların fəzilətlərindən sayılır.
Məhəmmədin "Səqəleyn" hədisində Kitaba (Quran) və Əhli-beytə bağlı olmağa dəvət etməsi Şiəlikdə rəhbərliyin Əhli-beytə məxsus olduğunun açıq göstəricisi kimi qiymətləndirilmişdir.[1] "Səqəleyn" hədisinin bəzi nəqllərində "səqəleyn" yerinə Quran və Əhli-beytdən "xəlifəteyn" deyə bəhs edilmişdir. [2] Bu hədisə əsasən, Əhli-beyt Məhəmmədin xəlifəsi və canişinləridir. Onların canişinliyi hərtərəflidir. Həmçinin hakimiyyət işləri və rəhbərliyə də şamil olur.[3]
Şiə alimi Cəfər Sübhani qeyd edir ki, Məhəmməd Əlini və Əhli-beytini Qədir-Xum hadisəsində rəhbərliyə və hökumətə təyin etdi.[4]
Bəziləri məsumluq xüsusiyyətinə əsasən, Məhəmməddən sonra imamət və rəhbərliyi yalnız Əhli-beytə aid hesab ediblər. Onlar həmçinin Əhli-beytə qeyd-şərtsiz itaət etməyin vacib olmasını onların rəhbərliyinin dəlillərindən biri hesab ediblər; Çünki itaət etməyin vacibliyi müsəlmanların həyatına aid olan bütün görülməsi və edilməməsi lazım olan əməlləri, o cümlədən dini, iqtisadi, siyasi və mədəni məsələləri ehtiva edir. Ona görə də Şiəlikdə cəmiyyət və hakimiyyətlə bağlı məsələlərdə onlara itaət etmək vacibdir. [5]
Livanın şiə yazıçı və alimlərindən Məhəmməd Cəmil Həmudun dediyinə görə, az sayda şəxslər istisna olmaqla, İmamiyyə alimləri 12 imamların təkvini vilayətinin olmasında həmfikirdirlər.[6] Təkvini vilayətdən məqsəd odur ki, bir şəxs Allahın izni ilə yaradılış və təkvin aləmində dəxil olub təsərrüf edə bilər. Məsələn, Allahın izni ilə sağalmaz bir xəstəyə şəfa verə bilər və ya ölü bir insanı dirildə bilər.[7] Şiə alimlər imamların təkvini vilayəti ilə bağlı hədisləri mütəvatir sayıb[8] və onların bir çoxunu sənəd baxımından səhih və mötəbər hesab ediblər.[9]
Şiə mənbələrində təşrii vilayət iki mənada işlədilib:
İnsanların mal və canlarına vilayəti (təsərrüfdə üstünlük) olmaq mənasında:[10]
Qeyd edilmişdir ki, Məhəmməd və 12 imamların bu mənadakı təşrii vilayətlərində heç bir ixtilaf yoxdur.[11] Ayətullah Safi onların bu növ təşrii vilayətini dinin zərurətlərindən hesab etmişdir.[12]
Hökmlər üzərində vilayət və təşrii (qanunvericilik) haqqı mənasında:[13]
Bəzi şiə alimləri bəzi hökmlərdə Məhəmmədin təşrii vilayətinin olmasını qəti hesab ediblər. [14] Lakin şiə alimləri arasında imamların təşrii vilayətinin (qanunvericilik üzərində) isbat olunmasında ixtilaf vardır.
Bəziləri imamları müstəfiz və ya mütəvatir sayılan [15] çoxsaylı hədislərə əsasən, vilayət sahibi və təşri (qanunvericilik) haqqına malik hesab ediblər.[16] Bunun əksinə, bir qrup qanunvericilik və təşri haqqını yalnız Allaha məxsus hesab edərək Məhəmməd və İmamların təşrii vilayətə sahib olmalarını inkar ediblər. [17] Seyyid Əli Milani bir çox dəlillərə əsasən, imamların təşrii vilayətini sübut etməyi qəti hesab etmişdir.[18]
Ulul-Əmr ayəsinə (Allaha, Peyğəmbərə və öz əmr sahiblərinizə itaət edin) əsasən, Allaha və Onun elçisinə itaət etməklə yanaşı, Ulul-Əmrə itaət etmək qeyd-şərtsiz vacib hesab edilir.[19] Fəzl ibn Həsən Təbərsiyə görə, İmamiyyə alimlərinin fikrincə, Ulul-Əmrdən məqsəd 12 imamlardırlar.[20]
Əhli-beytə tabe olmağın vacibliyini isbat etmək üçün "Səqəleyn" hədisinə də istinad edilmişdir; Çünki bu hədisdə Əhli-beyt Quranın yanında qərar veriliblər: Bu baxımdan Qurana itaət etmək müsəlmanlara vacib olduğu kimi, Əhli-beytə itaət etmək də vacibdir.[21]
Hicri-Qəməri təqvimi ilə 4 və 5-ci əsrlərdə yaşamış imamiyyə fəqihi və mütəkəllimi Əbul-Səlah Hələbiyə görə, Məhəmmədin "Səqəleyn" hədisindəki sözləri qeyd-şərtsiz olduğu üçün Əhli-beytə itaət etmək də qeyd-şərtsiz vacibdir. Ona görə də müsəlmanlar Əhli-beytin bütün davranış və danışıqlarında onlara itaət etməlidirlər.[22]
"Səfinə" hədisi də Əhli-beytə tabe olmaq və itaət etməyin vacibliyinə dəlalət edir; Çünki bu hədisə əsasən, nicat onlara tabe olmaqda, məhv və həlak olmaq isə onlara itaətsizlik etməkdədir.[23] Bu hədisdə Məhəmməd Əhli-beytini Nuhun gəmisi ilə müqayisə etmişdir. Bu bənzətmə haqqında deyiblər ki, kim dində Əhli-beytə üz tutsa, hidayətə qovuşar və nicat tapar. Kim onlara tabe olmasa, yolunu azmış olar.[24] Mir Hamid Hüseynin fikrincə, bu hədisə əsasən, Əhli-beytə itaət etməyin vacibliyi qeyd-şərtsiz gəlib.[25]