Vilayət Cəfərov (azərb. Cəfərov Vilayət Abbasqulu oğlu; 15 may 1940, Bozalqanlı, Tovuz rayonu – 21 fevral 2021, Bakı) — Şərqşünas, ərəbşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor
Vilayət Abbasqulu oğlu Cəfərov | |
---|---|
Təxəllüsü | Vilayət Cəfərov |
Doğum tarixi | |
Doğum yeri | Bozalqanlı, Tovuz rayonu,Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Fəaliyyəti | ərəbşünas, ədəbiyyatçı, tərcüməçi |
Əsərlərinin dili | Azərbaycan türkcəsi |
Janrlar | monoqrafiya, problematik məqalə, tərcümə |
Mükafatları |
Vilayət Abbasqulu oğlu Cəfərov 15 may 1940-cı ildə Azərbaycanın Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. A. S. Puşkin adına Tovuz şəhər orta məktəbində təhsil almışdır. 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirmişdir. Universiteti bitirdikdən sonra 1965–1967-ci illərdə Yəməndə, 1978–1981-ci illərdə İraqda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 2002-ci ildə "İraqda neoklassik poeziya" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru adını almışdır. Uzun müddət AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, elmi yaradıcılıqla, tərcümə fəaliyyətilə yanaşı, pedaqoji sahədə də çalışmış, müxtəlif dövrlərdə Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Təfəkkür Universitetlərində mühazirələr oxumuşdur. AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Dünya ədəbiyyatı" ixtisası üzrə fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, Seminar Komisiyasının sədri kimi fəaliyyət göstərmişdir. Onun rəhbərliyi altında 10-dan artıq dissertasiya müdafiə olunmuşdur.
2021-ci ilin fevral ayının 21-də Bakıda vəfat etmişdir.[1] Ailəli idi.2 övladı.4 nəvəsi var.
Vilayət Cəfərovun araşdırmalarında ərəb ədəbiyyatın öyrənilməsi, araşdırılması və təbliği xüsusi yer tutur. Onun müxtəlif dövrlərdə nəşr olunmuş "Cəmil Sidqi əz-Zəhavi" (1983), "İraqda neoklassik poeziya" (1998), "Əliqılınclı zülfüqar" (2000), "Qürbətdə yaranan dostluq" (2005) və başqa kitabların müəllifidir.[2] Vilayət Cəfərov həmçinin tərcümə yaradıcılığı ilə də məşğul olmuş, ərəb ədəbiyyatından xeyli sayda bədii və elmi əsərləri Azərbaycan türkcəsinə çevirmişdir.