Vilayət ayəsi — müsəlmanların müqəddəs kitabı Quranın maidə surəsinin 55-ci ayəsinə verilən ad.
On beş Quran təfsiri kitabı bu ayəni Əli bin Əbu Talib-in islam peyğəmbərindən sonra müsəlmanların vəlisi olmağına dəlil biliblər.[1][2][3][4][5][6][7][8][9][10][11][12][13][14][15]
{{{1}}} إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ
- Sizin vəliniz yalnız Allah, rəsulu və o iman gətirən kəslərdir ki, namazı bərpa edir və ruku halında zəkat verirlər.
fa: {{{1}}}
- ولی و دوست شما تنها خدا و پیامبر اوست و کسانی که ایمان آوردهاند همان کسانی که نماز برپا میدارند و زكات ميدهند در حالي كه در رکوع نمازند.
Az bir fərqlə istinadlarda olan mənbələrdə rəvayət eidlir ki, bir gün yoxsul bir insan peyğəmbər məscidinə gəlib ordakılardan maddi yardım istədi, heç kim ona yardım etmədi. O da əllərin göyə qaldırıb dedi: "Ey Allah özün şahidsən ki, peyğəmbərin məscidində yardım istədim amma mənə cavab verən olmadı!" Bu əsnada namazın rüküsunda olan Əli bin Əbu Talib kiçik barmağıyla ona işarə etdi, yoxsul da yaxınlaşıb Əlinin barmağından üzüyünü çıxartdı və bu ayə nazil oldu.[21][22]
Əbuzər Qafarıda bu rəvayəti nəql edib, ardınca deyir: O, zaman peyğəmbər namazdaydı və bu macəranı gördü. Namazı bitdikdən sonra göyə sarı başını qaldırıb dedi: Allahım! qardaşım Musa səndən ruhunun genişliyi, işlərinin asanlaşması və dilinin düyününün açılmasını istədi ki camaat dediklərini rahatlıqla anlasınlar, habelə istədi ki, qardaşı Harunu vəzir və əməkdaşı edib onunla gücü artıb yardımcısı olsun. Allahım! Mən sənin peyğəmbər və seçilmişinəm. göyüsümü genişləndir və işlərimə asanlıq gətir. Öz əhli beytimdən Əlini mənə vəzir et ki arxam onunla bərk və möhkəm olsun. Peyğəmbərin bu duası bitməmişdir ki, Cəbrayıl bu ayəni nazil etdi.[23]
Bu şəni nizul ayrı-ayrı yollarla şiə və sünnü mənbələrində nəql olunmuşdur. bunu nəql edən səhabələrdən bəziləri:
Əli bin Əbu Talib[24][25][26] (علي بن أﺑﻲ طالب), Əbdullah ibni Əbbas[27] (عبداللّه بن عبّاس), Əburafi Mədəni[28] (ابو رافع مدنى), Əmmar Yasir[29] (عمّار بن ياسر), Əbuzər Qafari[30][31] (ابوذر غفارى), Ənəs bin Malik[32] (انس بن مالك), Miqdad bin Əsvəd[33] (مقداد بن اسود).
Ğayətül Məram(غاية المرام) kitabinda buna görə 24 hədis Əhli sünnətdən və 19 hədis şiələrdən nəql olunubdur.[34]
Ərəbcə yazıları: {{{1}}}