Villans gölü

Villans gölü (ing. Lake Whillans) — Antarktida ərazisində yerləşən buzaltı göl. Göl öz adını Ohayo Ştat Universitetinin doktoru qlasioloqu Ayana Villansın şərəfinə adlandırılmışdır.

Villans gölü
ing. Lake Whillans
Ümumi məlumatlar
Sahəsi 60 km²
Dərin yeri 20 m
Orta dərinliyi 2 m
Yerləşməsi
84°15′00″ c. e. 153°30′00″ q. u.HGYO
Ölkə  Antarktida
Villans gölü xəritədə
Villans gölü
Villans gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Villans gölü Villans buz axının altında Ross şelf buzlağında yerləşir[1]. Göl təqribi olaraq 800 metr dərinlikdə buzlaq altında qərarlaşır. Onun təqribi sahəsi 60 km²-dir. Dərinliyi 2 metr[2] olması düşünülsə də bəzi alimlər seysmoloji ölçmələrlə dərinliyin 6-9 metr olmasını düşünürlər[3]. Suyunun temperatuyu −0,5°С[4]-dir.

İlk dəfə göl Helen Friker tərəfindən 2007-ci ildə aşkarlanmışdır. O və unun komandası regionun kosmosdan şəkillərini 2003-2006-cı illər ərzində araşdırmışdır. Onlar buz təbəqəsinin qalxıb-enməsini müəyyən etdikdən sonra burada buzaltı gölün olmasını ehtimal etmişdir[4].

28 yanvar 2013 ildə[5] qazmaçılar qrupu gölün dibinə çatdıqlarını məruzə edirlər. Onlar 800 metr dərinliyinə qədər qazdıqlarını bildirirlər. Quyunun diametri 30 sm olmuşdur[1]. Alimlər qeyd edirlər ki, Antarktida ən yaxşı tətqiq olunmuş gölüdür. Əvvəllər Vostok gölündə belə araşdırnalar aparılsa da ətraflı nəticələr əldə edilməmişdir. 2014-cü ildə göl Milli Elmi fondun alimləri tərəfindən araşdırmalar aparılmışdır. Göldəki araşdırmalar YupiterSaturnnun peyklərində iqlimin tətqiqinə dəstək verə bilər.