Vostok gölü

Vostok gölü (ing. Lake Vostok) — Antarktidada, Rusiyanın Vostok stansiyasının altında yerləşən buzaltı göl.

Vostok gölü
ing. Lake Vostok
Vostok gölü
Vostok gölü
Ümumi məlumatlar
Tipi Buzaltı
Mütləq hündürlüyü -500 m
Eni 50 km
Uzunluğu
  • 250 km
Sahəsi 15.690 km²
Həcmi 5.400 km³
Dərin yeri 510 m
Orta dərinliyi 432 m
Yerləşməsi
77°30′00″ c. e. 106°00′00″ ş. u.HGYO
Ölkə  Antarktida
Yerləşməsi Rusiyanın Vostok stansiyasının altında
Yaşayış məntəqəsi Vostok stansiyası
Ada 1
Vostok gölü xəritədə
Vostok gölü
Vostok gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vostok gölü Antarktidadakı 140-dan çox buzaltı göl arasında ən böyüyüdür. Rusiyanın Vostok stansiyasının altında yerləşir. Şərqi Antarktida Buz Təbəqəsinin orta hissələrində yerləşir. Buz təbəqəsi dəniz səviyyəsindən 3488 metr yüksəklikdədir, göl isə buzun 4000 metr dərinliyindədir və bu gölün dəniz səviyyəsindən 500 metr alçaqda yerləşdiyini göstərməkdədir. Bu şirinsulu gölün sahəsi 15.690 km2 və su həcmi 5.400 km3 olduğu düşünülür. Andrey Kapitsa tərəfindən 1959-1964 illərdə araşdırma aparılarkən kəşf edilmişdir. Üzərindəki buz özündə 400.000 il əvvələ aid paleoklimatik məlumatları ehtiva etsə də, suyun 15-27 milyon ildir ki, təcrid olunmuş durumdadır.

5 fevral 2012-ci ildə 20 illik dəlmə prosesindən sonra bir qrup rus araşdırmacı 3.768 metrlik dərinliyə enərək gölün səthinə çatdığını bəyan etmişdirlər. Qrup daha sonra gölə robot buraxmışdırlar.