Villebrand xəstəliyi, Villebrand sindromu irsi qan xəstəliyi olub, hemofoloyada olduğu kimi epizodik öz-özünə baş verən qanaxmalarla xarakterizə olunur. Xəstəlik onu ilk dəfə aşkar etmiş fin həkimi Erik Adolf fon Villebrandın (1870-1949) şərəfinə adlandırılmıışdır. Sinonim adı angiohemofiliya adlanır[3]. Qanaxmaya səbəb qanın laxtalanma qabiliyyətinin aktiv Villebrand faktorunun çatmazlığı ilə əlaqədar pozulmasıdır. Villibrand faktoru trombositlərin kollagenə adheziyasını təmin etməklə VIII faktorun proteolizdən qoruyur. Villebrand faktorunun defisitində VIII faktor proteolizə uğrayaraq, plazmada onun miqdarı azalmış olur, eyni zamanda serotoninin migdarı azalır ki, nəticə etibarilə damarların genişlənməsi və damar keçiriciliyi artmış olur. Villebrand xəstəliyində hemostazın üç zənciri pozulduğundan uzunmüddətli qanama müşahidə edilir. Xəstəlik irsi olaraq autosom dominantlıq prinsipi ilə ötürülür. Villebrand xəstəliyinin rastgəlmə tezliyi 1:800-1000 nisbətindədir.
Villebrand xəstəliyi | |
---|---|
XBT-10 | D |
XBT-10-KM | D69.8, D68.0 |
XBT-9 | |
XBT-9-KM | 286.4[1][2] |
OMIM | 193400 |
DiseasesDB | 14007 |
MedlinePlus | 000544 |
eMedicine | ped/2419 |
MeSH | D014842 |
Villibrand xəstəliyinin Villibrand faktorunun say və keyfiyyətinə görə üç tipi mövcuddur.
Villebrand xəstəliyinin I tipi Villibrand faktorunun defisiti ilə xarakterizə olunur. Bu zaman faktorun multimer qurluşu dəyişilməmiş qalır. Villebrand xəstəliyinin 60-80%-ni I tip təşkil edir. Kliniki olaraq I tip yumuşaq simptomatkaya malikdir. Bu xəstələr normal həyat sürürlər. Lakin hər hansı bir zədələnmə yaxud cərrahi əməliyyat qanaxmalarla, qansızmalarla müşahidə olunur. Bəzən bu qanaxmaların qarşısını cox çətinliklə almaq mümkündür.
Xəstəliyin 15%-ni II tip təşkil edir ki, bu da Villebrand faktorunun kəmiyyətcə normada olmasına baxmayaraq keyfiyyətcə qüsurlu olması ilə xarakterizə olunur. Bu baxımdan bu tipin 2A, 2B, 2M və 2N yarım tipləri mövcuddur. Bunlardan 2A yarım tipi daha çox rastgəlinəndir.
Bu tip nadir rastgəlinən (<5%) olub, ağır kliniki gedişata malikdir. Bu tip autosom resessiv olaraq irsən ötürülür. Bu zaman Villebrand faktoru homoziqot yaxud kompound-homoziqot mutasiyaya uğramış olurlar.
Təsnifatı | Tezliyi | vWF kəmiyyət və keyfiyyəti dəyişikliyi | Ağırlığı |
---|---|---|---|
I tip | 80-90% | vWF keyfiyyətcə normal kəmiyyətcə normadan aşağı olur. | yüngül |
II tip | 10-20% | vWF kəmiyyətcə normal olsa da keyfiyyətcə zəif funksiyalı yaxud funksiyasız olur. | yüngül-orta |
III tip | < 1% | Qanda vWF tamamilə olmur. | ağır |
Xarakterik göstəricilər:
Hallar | Quick | PTT | QLM | Trombositlər |
---|---|---|---|---|
Villebrand xəstəliyi | dəyişmir | uzanır və ya dəyişmir | uzanır | dəyişmir |
Hər hansı uzunmüddətli müalicəyə ehtiyac yoxdur. Trombositlərin funksiyasını azaldan aspirin preparatının istifadəsindən çəkinilməlidir. Burun qanaxmalarında desmopressin spreylərindən, həddən ziyadə aybaşı qanaxmalarında yüksək gestogen tərkibli hormonal kontrasept preparatlardan istifadə edilir. Hər bir cərrahi müdaxilədən qabaq,