Villi Puxner

Villi Puxner (d. 15 mart 1952) — Aşağı Avstriya əyalətində Mistelbax qəsəbəsindən olan fotoqraf, sənətçi, rəssamyazıçı.

Villi Puxner Aşağı Avstriya əyalətində Mistelbax an der Zaya qəsəbəsində bir fotoqraf ailənin uşağı olaraq dünyaya gəlmişdir. 1967-ci ildən 1974-cü ilə qədər yüksək qrafik məktəbinin fotoqrafiya hissəsində təhsil almışdır. Bitirdiyi məktəbdə iki il müəllimlik etmişdir. 1978-ci ildən etibarən fotoqraf, rəssam, sənətçi və yazar olaraq sərbəst çalışır. 1983-cü il ilə 1988-ci illər arasında fəlsəfə, jurnalistika, sosiologiya və tarix fənləri üzrə təhsil almışdır. Diplomunu 1988-ci ildə Sosial fəlsəfə "Şəxsi həyat fotoqrafiyası" sahəsində əldə edir. 1989-cu ildən bəri "Wiener Zeitung" adlı qəzetin davamlı olaraq çalışan bir işçisidir.

"Pinqvinlərin Həsrəti" adlı layihəsi ilə Villi Puçner məşhur olmuşdur. Polisterinlərdən hazırlanmış Joe və Sally adlı pinqvinlərlə bizim və özünün həsrətini çəkdiyi: sahillərdə və çöllərdə, Nyu-Yorkda, Sidneydə, Pekin və Parisdə, Venesiya, Tokio, Honolulu və Qahirə kimi yerlərdə fotolar çəkilmişdir. Pinqvinlərin gözüylə çəkilmiş bu fotoşəkillər bizə tanış gələn minlərlə şəkli çəkilmiş bu yerlər bizim təkrar gördüyümüz şeylərin nə qədər tanış və xarici olduğunu göstərir. Freddy\i Langerin bu layihə üzərində "Frankfurter Algemeine qəzetində" yazdığı kritik: "Məşhur görməyə dəyər yerlərdə poza verdirib sanki turist kimi fotoşəkil çəkdi." Belə bir proyektlə iyirminci əsrin səfər albomunu bizə qazandırdı.(8 mart 2001)

Özünün çəkdiyi və əl yazısı ilə etmiş olduğu işlər bir kitab halında "Təbiətin gündəliyi" 2001-ci ildə və "Şəkillərlə uzağa həsrət" isə 2006-cı ildə çıxdı. Bunun yanında "Fasiləsiz dünyanı ölçmə`` kimi kitablarla özünü tanıtdı. Bəlkə də belə araşdırmalarla özünün yerini koordinatları arasında tapa bildi.

Villi Puxner yaşlı insanlarla işləməyi sevən bir sənətçi olduğundan "90 yaşındakılar", "Yaşlılıqla dialoq", "100 yaşındakılar", "Həyat tarixi" və "Fotoqrafiya" və " Yaşlılıqda eşq "kimi əsərlərə də imza atmışdır.

  • 1980 Museum Moderner Kunst, Vyana (Avstriya)
  • 1980 Künstlerhaus, Vyana
  • 1982 Museum des 20. Jahrhundert, "Türkische Lebensräume" Vyana
  • 1992 Steirischer Herbst, Qrats
  • 2005 Stopover Nyu-York, Galerie Atrium ed Arte Vyana
  • Berlin, Bremen, Kleve, Braunşveyq (Almaniya)
  • Norfolk, Vaçinqton (ABŞ), Mumbay (Hindistan), Beyrut (Livan)
  • Tokio, Osaka, Oita, Naqoya, Sapporo (Yaponiya)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]