Villi Tröger (alm. Willy Tröger; 2 oktyabr 1928, Svikkau[d] – 30 mart 2004) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. O, karyerası boyu ancaq "Vizmut Aue" klubunda çıxış etmişdir[1] və Şərqi Almaniya mill komandası formasıyla 15 oyuna çıxmışdır.
Villi Tröger | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 2 oktyabr 1928 | |||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 30 mart 2004 (75 yaşında) | |||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Gəncliyində Tröger futbola başlamazdan əvvəl həndbol oynayırdı və əvvəlcə qapıçı kimi çıxış edirdi. Ancaq bu fəaliyyətlərin hər ikisi 1945-ci ildə II Dünya Müharibəsində döyüşərkən əlini itirəndən sonra dayandı. O, müharibənin son illərində Vermaxta çağırıldı və Berlində əl qumbarasından yaralandı.[2] Bununla birlikdə oyuna davam etdi və hücumçu mövqeyinə keçdi, 1951-ci ildə DDR-Oberliqada çıxış edən "Vizmut Aue" klubuna keçməzdən əvvəl Tsvikkau şəhərinin yerli klublarından birində çıxış edirdi. 1954-cü ildə "Vizmut Karl-Marks" olaraq adı dəyişilən klubda o,1962-ci ilə qədər 237 oyunda 114 qol vurmağı bacardı.[3] Bu müddətdə klub üç liqa (1956, 1957 və 1959) və 1955-ci ildə ölkə kubokunu qazandı və Tröger 22 qolla 1954-55 mövsümündə liqanın bombardiri oldu. Onun Şərqi Almaniya futbolunun ən yüksək səviyyəsində vurduğu 114 qol klub rekordudur.
1954-1959-cu illər arasında Tröger Şərqi Almaniya milli komandasında 15 oyuna 10 qol vurdu, onların arasında milli komandanın 1955-ci ildə 3-2 ilk qələbə hesabı ilə bitən Rumıniyaya qarşı oyunda 2 qol müəllifi oldu.[4]
Tröger 30 Mart 2004-cü ildə iki dəfə uğursuz şəkildə əməliyyat olunaraq Pirna-Kopitzdə mədə xərçəngindən vəfat etdi.[1] Hörmət əlaməti olaraq yerli sənətçi Stefan Gerlax ona mahnı həsr elədi və Pirnadaki stadion onun şərəfinə Villi-Tröger-Ştadion olaraq dəyişdirildi.