Vilson zirinci

Vilson zirinci (lat. Berberis wilsoniae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Vilson zirinci
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda Qərbi Çində, Estoniyada, Ukraynanın qərb hissəsində, Krımda, Cənubi Qafqazda və Orta Asiyada bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1 m-dək, yaşıl, sıxiynəli, sarımtıl, sonra qonur-qırmızı, buğumlu, zoğları nazik tükcükclü, uzunluğu 2 sm-dək iynələrlə örtülmüş koldur. Budaqları çılpaq, möhkəm və əyilmişdir. Yarpaqların uzunluğu təxminən 2 sm, yumurtavari və ya uzunsov-yumurtavari, lansetvarı, əsasən 1-2 dişlidir, dəstələrdə möhkəmdir; küt və ya ucu biz, kənarları bütöv, tutqun yaşıl və ya göyümtül, payızda tünd-qırmızıdır. Yarpaqların alt-tərəfi ağımtıldır. Xırda, açıq-sarı çiçəkləri, 2-6 ədəd, diametri 7 mm-dək olmaqla, qızılı-sarı, sıx dəstələrdə və ya uzunluğu 1,5 sm-dək olan qısa süpürgələrdə, uzunluğu 4 sm-dək olan çiçək yerləşir. Aprel-mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, qırmızıdır, uzunluğu 6 mm-dir. Ləti sulu, turş, biraz acıtəhərdir. Dərisi nazik, möhkəmdir. Sentyabrda yetişir.

Qışadavamlıdır, torpaqlara tələbkar deyil, ancaq torpağın quruluğundan əziyyət çəkir. Bu kol parlaq günəşə üstünlük verir, ancaq yarımkölgədə də bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bəzi rayonlarında mədəni şəraitdə becərilir.

Payızda yarpqaları tünd-qırmızı rəng aldığından çox dekorativ görünən koldur. Bordür bitkisi kimi istifadə edilə bilər. Meyvələrində şəkər, üzvi turşular, askorbin turşusu, polifenol, katexinlər, leykoantosianlar, antosianlar vardır. Meyvələri qidada mürəbbə, içki, qənnadı məmulatları kimi istifadə edilir.