Vilusa və ya Vilusiya (het𒌷𒃾𒇻𒊭) — qərbi Anadoluda Son Tunc dövrünə aid şəhər. E.ə. XVIII əsrə aid het mənbələri tərəfindən Assuva konfederasiyasının bir hissəsi kimi təsvir edilmişdir.
Aleksandu müqaviləsi (təxminən e.ə. 1280-ci il) Viluslu Aleksandu il' Het çarı II Muvatalli arasında imzalanmışdır.
Tavaqalava məktubu (e.ə. 1250-ci il) Het çarı III Xattusili (təxminən e.ə 1275–1250-ci illərdə hökmranlıq etmişdir) tərəfindən Axxiyava padşahına ünvanlanmışdır. Burada Vilusa uğrunda hərbi münaqişədən bəhs edilir.[1][2][3]
Milavata məktubunun[2][3] (təxminən e.ə. 1240-cı il) IV Tudxaliya tərəfindən yazıldığı güman edilir.