Vilyam Törner Donat - (9 iyul 1853[1], Nyu-York, Nyu-York ştatı[3] – 12 mart 1929[1][2][…] və ya 1929[3], Monte Karlo və ya Paris[3]) Amerikalı rəssam.
Vilyam Törner Donat | |
---|---|
Doğum tarixi | 9 iyul 1853[1] |
Doğum yeri | |
Vəfat tarixi | 12 mart 1929[1][2][…] (75 yaşında) və ya 1929[3] |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, incəsənət xadimi |
Janr | portret |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Vilyam 1853-cü ildə Nyu-Yorkun Hempstid şəhərində dünyaya gəlib.[4][5] Donat on iki yaşı olanda valideynləri onu təhsilini artırmaq üçün Almaniyaya göndərib.[6] Donat 1929-cu ildə 75 yaşı olarkən Monte Karloda vəfat edib.[7]
O, İspaniyada hazırladığı eskiz və şəkillə adından söz etdirib. Hazırladığı Quatur Espanyol kompozisiyası1884-cü ildə Nyu Yorkdakı Metropolitan İncəsənət Muzeyində nümayiş etdirilib.[8] Donat daha sonra Parisdə məskunlaşıb və burada Julian Akademiyasında dərs deyib.[9] Onun bir sıra rəsmlərində Karlos Duran və Minkasdan təsriləndiyi müşahidə olunub.[10][11] Donat öz vətinindən daha çox Avropa ölkələrində tanınıb. Təxminən iyirmi il ərzində Donat rəsm çəkməyi dayandırıb. 1913-cü ildə yenidən işə başlayıb. Rəssamlığa verdiyi fasilə zamanı Donat vaxtının çox hissəsini Avropanı gəzib və böyük ustadların texnikalarını öyrənib. Donat Parisdəki bədii dərnəklərdə aktiv iştirak edib eyni zamanda bir vaxtlar Amerika Rəssamlar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb.[12]