Vilyam Volles

Vilyam Volles (ing. Sir William Wallace; 1270[1]23 avqust 1305) — kral I Edvarın dövründə İngiltərəyə qarşı aparılan mübarizədə xalqa öndərlik edən şotland cəngavər. Şotlandiyanın ən böyük milli qəhrəmanlarından biri olan Vilyam Volles ölkənin ingilis asılılığından xilas olması üçün aparılan mübarizənin ilk illərində Şotland müqavimət qüvvələrinə rəhbərlik etmişdi.[2] Tarixçilər Vilyam Vollesi soylu nəsildən gələn Robert Bryus kimi zadəganlara zidd şəxsiyyətlərdən biri hesab edirlər.

Vilyam Volles
Sir William Wallace
Doğum tarixi 1270[1]
Doğum yeri Şotlandiya Şotlandiya
Vəfat tarixi
Vəfat yeri London İngiltərə İngiltərə
Vəfat səbəbi edam
Dəfn yeri
Milliyyəti şotland
Fəaliyyəti hərbi lider[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəzi tarixçilər Vilyam Vollesin 1270-ci ildə anadan olduğunu iddia edir. XVI əsrə aid olan Vilyam Vollesin tarixi və şotland hadisələri (ing. History of William Wallace and Scottish Affairs) kitabında isə 1276-cı ildə anadan olduğu yazılmışdır. Dəqiq sübutlar olmadığı üçün Vilyam Vollesin doğum yeri və tarixi mübahisəlidir. Tarixi mənbələrə görə onun doğum yeri Renfevşirdəki Peysli yaxınlığındakı Eldirslidir.[3] Buna baxmayaraq bəzi bioqraflar Vilyam Vollesin doğum yerinin Eyrşirdəki Kilmernok yaxınlığında olduğunu qeyd etmişlər.[4]

Bundan əlavə Vilyam Vollesin ilk hadisələri Eyrşirdə cərəyan edir. Bunun əksinə olan başqa məlumatlarda isə ilk hadisələr Eldirslidə cərəyan edir və daha sonra Vilyam Volles İrvində ingilislərlə döyüşən şotland zadəganlara qoşulmaq üçün Eyrşirə gedir. Vilyam Volles Fransadakı keşişlərə qoşulan iki əmisi tərəfindən tərbiyə edilmişdir.

Vilyam Vollesin dövründə Şotlandiya

[redaktə | mənbəni redaktə et]
Vilyam Vollesin Edinburq qalasındakı heykəli.

Vilyam Vollesin anadan olduğu illərdə III Aleksandr 20 ildir ki, hakimiyyətdə idi.[5] Onun dövrü, iqtisadi sabitlik, sülh şəraitində keçdi və İngiltərənin təzyiqlərinə qarşı çıxmağı bacardı. 1286-cı ildə III Aleksandr atdan yıxılaraq öldü. Taxta çıxması üçün heç bir oğlu sağ deyildi. Şotland liderlər III Aleksandrın dörd yaşındakı qız nəvəsi Marqareti kraliça elan etdi. Yaşının az olması səbəbindən şotland liderlər Marqaret uyğun yaşa çatana qədər Şotlandiyanı idarə etməsi üçün hökumət qurdular. Kral Eduard iqtidarsızlıqdan faydalanmaq üçün şotland liderlərlə bağlanan evləndirmə müqaviləsi olan Birhem müqaviləsi ilə oğlunu Marqaretlə evləndirməyə çalışdı. Buna baxmayaraq Marqaret 1290-cı ildə Norveçdən Şotlandiyaya geri dönərkən yolda xəstələnərək öldü.

Geniş yayılmış inancın əksinə olaraq Con Belliyolun taxta haqqı vardı. Buna baxmayaraq şotlandlar problem haqqında qərar vermək üçün tərəfsiz bir hakimin məsələyə baxmasını istədi. Hiyləgərcə davranaraq şotlandlar İngiltərə kralı I Eduardı Şotland taxtına çıxması üçün çağırdılar. Eduard tərəfsiz hakim kimi gəlməkdənsə, böyük ordu ilə Şotlandiya-İngiltərə sərhəddinə gəldi. I Eduard mübahisələrə son qoymaq üçün muxtar statusda bir lord kimi gəldiyini dedi. İstəkləri eşidildikdən sonra, 1292-ci ildə I Eduard Con Belliyolu Şotlandiyanın hökmdarı olaraq seçdi. 1296-cı ilin mart ayında Belliyol I Eduarda vergi verməkdən imtina etdi və bu ayın sonunda I Eduard Şotlandiya sərhəddində yerləşən Bervik-apon-Tvidə hücum etdi və çox qan tökdü. Orada yaşayan hər kəsi kilsələrdə gizlənsələr belə öldürtdü. Papa I Eduardın hakimiyyətində olan Qaskoniyada heyət topladı və etdiklərinə görə ona medal verdi. I Eduard 1296-cı ilin may ayında şotlandları Lothiyendəki Dunbar döyüşündə məğlub etdi.

Vilyam Vollesin qəhrəmanlıqları

[redaktə | mənbəni redaktə et]

Yerli Eyrşir dastanlarına görə 2 ingilis əskəri Lonerkdəki balıq bazarında Vilyam Vollesla mübahisə etdi. Mübahisə iki ingilis əskərinin öldüyü davaya çevrildi. Bundan sonra səlahiyyətli şəxslər Vilyam Vollesi həbs etmə əmrini yaydılar. Heyakənin düzgün variantının nə olmasından asılı olmayaraq Vilyam Volles atası və qardaşının 1291-ci ildə ölümünə görə ingilislərə nifrət edirdi.

1297-ci ildə Vilyam Volles Lonerkdəki ingilis başçı Ser Vilyam Heselriqi öldürdü. Sevdiyi və evləndiyi gənc qadın Meriyon Berdifutun qisasını almaq üçün Ser Vilyam Heselriqin cəsədini parçaladı. Bunu sübut edən dəlillər yoxdur. Qısa müddət ərzində Vilyam Volles Laundaun Hill yaxınlığında, Eyr döyüşündə qələbə çaldı. İnkişaf edən üsyan iyun ayında şotland zadəganların İrvində ingilislərin şərtlərini qəbul etməsi ilə ciddi ziyan çəkdi. Vilyam Volles avqust ayında Endryu de Moreyin Stirlinqdəki ordusuna qatılmaq üçün Selkirk qrupundan ayrıldı.[3] Endryu de Morey başqa üsyan başlatdı və onların qüvvələri ingilislərlə qarşılaşmaq üçün hazırlandıqları Stirlinqdə birləşdi.

Stirlinq körpüsü döyüşü

[redaktə | mənbəni redaktə et]
Döyüşün baş verdiyi Stirlinq körpüsü.

11 sentyabr 1297-ci ildə Vilyam Volles Stirlinq körpüsü döyüşündə qələbə çaldı. İngilislərin say cəhətdən üstün olmasına baxmayaraq Endryu de Morey və Vilyam Vollesin rəhbərlik etdiyi şotland ordusu ingilis ordusunu ağır məğlubiyyətə uğratdı. Surrey qrafı Vilyam de Uerinninin 300 atlı və 10000 piyadadan ibarət olan ordusu körpünü keçərkən fəlakətlə qarşılaşdı. Körpünün zədəli olması çoxlu əskərin yan-yana keçməsinə mane olurdu. Bu səbəbdən şotlandlar ingilis ordusunun yarısının körpünü keçməsini gözlədi və sonra hücum edərək onları qısa müddətdə məhv etdi. İngilislər geri çəkilməyə başladı. Buna baxmayaraq körpü ağırlığa tab gətirməyərək dağıldı. Çoxlu ingilis əskəri körpünün dağıntıları altında qaldı və boğuldu. Şotlandlar parlaq qələbə qazandılar və bu qələbə orduları üçün ruh yüksəkliyi yaratdı. Hiyu Kressinqem, I Eduardın Şotlandiyadakı xəzinə işçisi döyüşdə öldü. Endryu de Morey Stirlinq körpüsü döyüşündəki yaraları səbəbindən üç ay sonra öldü. Vilyam Volles ingilislər üzərində bir sıra qələbələr qazandıqdan sonra, Robert Bryus tərəfindən cəngavərŞotlandiyanın qoruyucusu və ordularının lideri elan edildi. Vilyam Volles taxtdan endirilmiş Con de Balliyolun adından ölkəni idarə etməyə başladı.

Folkirk döyüşü

[redaktə | mənbəni redaktə et]

1 may 1298-ci ildə iki ordu Folkirk döyüşündə yenidən qarşı-qarşıya gəldi. İngilislər Roxburqda bir fermaya hücum etdilər və insanları qorxutdular. Lothiyeni qarət etdilər və bəzi qalaları yenidən ələ keçirdilər. Buna baxmayaraq, Vilyam Vollesi döyüşə çəkə bilmədilər. Şotlandlar düşmənə qarşı bütün vasitələrini istifadə etmək qərarına gəldilər. İngilislərin yemək tədarük edən səlahiyyətli şəxsinin səhvi yeməkləri və ordunun ruh yüksəkliyini azaltdı. I Eduard Vilyam Vollesi axtarmağı Folkirkdə dayandırdı.

Vilyam Volles nizə dayışan birliklərini dairəvi şəkildə nizələri başlarından yuxarı oturan vəziyyətdə nizamladı və müdafiə xəttini təşkil etdi. İngilislər şotland oxçularının cərgələrini yararaq üst hissəni ələ keçirdi. Şotland cəngavərləri qaçdı və I Eduardın adamları hücum etdi. Altı şotlandlar I Eduardla razılaşaraq Vilyam Vollesa xəyanət etdi. Onlar döyüşmədən qaçdı.

1298-ci ilin sentyabr ayında Vilyam Volles Kerrik qrafı və gələcək kral Robert Bryusun və kral Con Balliolun qardaşı oğlu, Badenok lordu III Con Kominin xeyrinə Şotlandiyanın qoruyucusu vəzifəsindən istefa etdi. 1302-ci ildə Vilyam Volles sülhdən imtina etdi, amma Robert Bryus I Eduardla sülh bağladı.

Vilyam Vollesin həbs olunması və edamı

[redaktə | mənbəni redaktə et]

Şotland zadəganlarının çoxunun 1304-cü ildə I Eduardın hakimiyyətini qəbul etməsindən sonra da ingilislər Vilyam Vollesi təqib etməkdən əl çəkmədi. 5 avqust 1305-ci ildə Vilyam Volles I Eduarda sadiq olan şotland cəngavər Con de Mentit tərəfindən Edinburq yaxınlığında yerləşən Robraustaunda ingilislərə təhvil verilənə qədər ələ keçirilə bilmədi.

Vilyam Volles Londona göndərildi və quldurlar kralı olaraq tac geyindiyi Vestminster zalında vətənə və krala xəyanətdə günahlandırılaraq mühakimə olundu. Bu günahlandırmaya belə cavab verdi:

" Ona sadiq olacağıma heç vaxt and içməmişəm. "

Rəsmi kral Con Balliyolun itkin olmasına baxmayaraq Vilyam Volles günahkar hesab edildi.

23 avqust 1305-ci ildə məhkəmədən sonra Vilyam Volles zaldan çıxarıldı. Üst geyimi olmadan Smitfayld bazarında əlləri iplə bağlı şəkildə atla çəkilərək aparıldı.[6] Ayaqları atın arxasına bağlı şəkildə dar ağacından asıldı, amma ölmək həddinə çatdığı zaman buna son verildi. Asıldıqdan sonra hələ sağ olarkən bağırsaqları çıxarıldı. Bütün işgəncələrə baxmayaraq kraldan bağışlanma istəmədi. Başı bədənindən ayrılaraq bədəni dörd hissəyə bölündü. Başı daha sonra qardaşı Con və Ser Saymon Fresirin də başının asıldığı London körpüsündən asıldı. Qol və ayaqları isə Nyukasl, Beruik, Stirlinq və Pertdə ayrı-ayrılıqda nümayiş olundu.

Vilyam Vollesin xatirəsinə qoyulmuş lövhə.
Volles Milli Abidəsi.
Stirlinq.

Vilyam Vollesin xatirəsinə edam edildiyi yerin yaxınlığında yerləşən Müqəddəs Varfolomey xəstəxanasının divarından lövhə asılmışdır. Şotland vətənpərvərlər və digər maraqlanan şəxslər buranı tez-tez ziyarət edir və çiçək qoyur.

Vilyam Vollesa aid olduğu güman edilən qılınc uzun illər Dumberton qalasında saxlandı və indi Stirlinq yaxınlığındakı Volles Milli Abidəsində (ing. The Wallace National Monument) saxlanılır. Buna baxmayaraq ekspertlər apardığı araşdırmalar nəticəsində müəyyən etdi ki, bu qılıncın dizaynı Vilyam Vollesin ölümündən bir neçə il sonraya aiddir.

Vilyam Vollesin həyatının Robin Hud əfsanəsinin yaranmasına təsir etdiyi güman olunur. Deyilənlərə görə Vilyam Volles uzunboylu idi. Dəstədə Vilyam Vollesin kiçik qardaşı Con da vardı və ona Kiçik Con deyilirdi. Vilyam Vollesin sevgilisi Meriyonun adı, daha sonralar Robin Hudun sevgilisinin adına çevrilib. Kiçik Con isə əfsanəyə daha sonra Vilyam Volles kimi uzunboylu biri olaraq daxil edilib.

1995-ci ildə Vilyam Vollesin həyatına həsr olunmuş Cəsur ürək filmi çəkilmişdir.[7]

Vilyam Vollesin son sözü Azad Şotlandiya olmuşdur. Şotlandiya öz parlamentinə sahib olan azad ölkə olmağı bacarsa da, həmin parlamentin qərarı ilə 1707-ci ildə Böyük Britaniyanın yaranmasında iştirak etdi.

  • Barrow, G. W. S. (1989), Kingship and Unity: Scotland 1000–1306, The New History of Scotland 2 (2nd ed.), Edinburgh: Edinburgh University Press, ISBN 0-7486-0104-X, 4th edition (2005) ISBN 0748620222
  • Barrow, G. W. S. (1976), Robert Bruce and the Community of the Realm of Scotland (2nd ed.), Edinburgh: Edinburgh University Press, ISBN 0-85224-307-3
  • Barrow, G. W. S. (2003), The Kingdom of the Scots: Government, Church and Society from the eleventh to the fourteenth century (2nd ed.), Edinburgh: Edinburgh University Press, ISBN 0-7486-1803-1
  • Brown, Chris (2005), William Wallace. The True Story of Braveheart, Stroud: Tempus Publishing Ltd, ISBN 0-7524-3432-2
  • Brown, Michael (2004), The Wars of Scotland 1214–1371, The New Edinburgh History of Scotland 4, Edinburgh: Edinburgh University Press, ISBN 0-7486-1238-6
  • Clater-Roszak, Christine. "Sir William Wallace ignited a flame." Military History 14 (1997): 12–15.
  • Cowan, Edward J. (2003), 'For Freedom Alone': The Declaration of Arbroath, 1320, West Linton: Tuckwell Press, ISBN 1-84158-632-3
  • Cowan, Edward J.; Finlay, Richard J., eds. (2002), Scottish History: The Power of the Past, Edinburgh: Edinburgh University Press, ISBN 0-7486-1420-6
  • Cowan, Edward J., ed. (2007), The Wallace Book, Edinburgh: John Donald, ISBN 978-0-85976-652-4
  • Cowan, Edward J. (2007), "William Wallace: 'The Choice of the Estates'", in Cowan, Edward J., The Wallace Book, Edinburgh: John Donald, pp. 9–25, ISBN 978-0-85976-652-4
  • Duncan, A. A. M. (2007), "William, Son of Alan Wallace: The Documents", in Cowan, Edward J., The Wallace Book, Edinburgh: John Donald, pp. 42–63, ISBN 978-0-85976-652-4
  • Fisher, Andrew (2002), William Wallace (2nd ed.), Edinburgh: Birlinn, ISBN 1-84158-593-9
  • Fraser, James E. (2002), "'A Swan from a Raven': William Wallace, Brucean Propaganda and Gesta Annalia II", The Scottish Historical Review (Edinburgh: Edinburgh University Press), LXXXI (1): 1–22, ISSN 0036-9241
  • Grant, Alexander (2007), "Bravehearts and Coronets: Images of William Wallace and the Scottish Nobility", in Cowan, Edward J., The Wallace Book, Edinburgh: John Donald, pp. 86–106, ISBN 978-0-85976-652-4
  • King, Elspeth (2007), "The Material Culture of William Wallace", in Cowan, Edward J., The Wallace Book, Edinburgh: John Donald, pp. 117–135, ISBN 978-0-85976-652-4
  • The Chronicle of Lanercost 1272–1346, ed. H. Maxwell, 1913;
  • Prestwich, Michael (2007), "The Battle of Stirling Bridge: An English Perspective", in Cowan, Edward J., The Wallace Book, Edinburgh: John Donald, pp. 64–76, ISBN 978-0-85976-652-4
  • Morton, Graeme. William Wallace. London: Sutton, 2004. ISBN 0-7509-3523-5.
  • Folklore, Myths and Legends of Britain. London: Reader’s Digest Association, 1973, 519–20.
  • Reese, Peter. William Wallace: A Biography. Edinburgh: Canongate, 1998. ISBN 0-86241-607-8.
  • Riddy, Felicity (2007), "Unmapping the Territory: Blind Hary's Wallace", in Cowan, Edward J., The Wallace Book, Edinburgh: John Donald, pp. 107–116, ISBN 978-0-85976-652-4
  • Scott, Sir Walter. Exploits and death of William Wallace, the 'Hero of Scotland'
  • Stead, Michael J., and Alan Young. In the Footsteps of William Wallace. London: Sutton, 2002.
  • Stevenson, Joseph, ed., Documents Illustrative of Sir William Wallace, Maitland Club (1841)
  • Traquair, Peter (1998), Freedom's Sword, University of Virginia: Roberts Rinehart Publishers, ISBN 1570982473
  • Watson, Fiona (2007), "Sir William Wallace: What We Do — and Don't — Know", in Cowan, Edward J., The Wallace Book, Edinburgh: John Donald, pp. 26–41, ISBN 978-0-85976-652-4
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. "William Wallace (c. 1270–1305)" Arxivləşdirilib 2022-09-18 at the Wayback Machine. Bbc.co.uk.
  3. 1 2 Traquair, Peter Freedom's Sword
  4. Watson, "Sir William Wallace", p. 27; Duncan, "William, son of Alan Wallace", pp. 51–53; Grant, "Bravehearts and Coronets", pp. 90–93.
  5. (Medieval Gaelic: Alaxandair mac Alaxandair; Modern Gaelic: Alasdair mac Alasdair)
  6. Stevenson, Joseph, ed., Documents Illustrative of Sir William Wallace, Maitland Club (1841) Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine, p.189, 192
  7. White, Caroline. "The 10 most historically inaccurate movies". The Sunday Times.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]