London körpüsü

London körpüsü (ing. London Bridge) — İngiltərənin paytaxtı London şəhərində, Temza çayı üzərində yerləşən körpü. Körpünün əsası eramızın 50-ci ilində qoyulsa da müasir London körpüsü 1973-cü ildə istifadə verilmişdir.

London körpüsü
ing. London Bridge
London körpüsü
Xəritə
51°30′29″ şm. e. 0°05′16″ q. u.HGYO
Keçid Temza çayı
Yeri Sautark[d], London
Material beton
Uzunluğu 269 metr
Eni 32 metr
Hündürlüyü 16 m
Açılışı 17 mart 1973
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Körpünün üzərindəki evlər

Körpü şəhər mərkəzi ilə Soutvark səmti arasında yerləşir. 1750-ci ilə qədər Temza çayı üzərində yeganə körpü olmuşdur. Körpünün şimalında Böyük London Yanğınınan həsr olunmuş abidə yerləşir.

Körpünün əsasını 2000 il əvvəl romalılar qoymuşdur. 60-cı illərdə taxta körpü ilk dəfə Temza çayının iki sahilini birləşdirmişdir.

Bir çox dəfə yıxılıb tikilən körpü 1000-ci ildən başlayaraq üzərində ev tikilmək üçün istifadə olunmağa başlanmışdır. Bu evlər əsasən varlılara mənsub olmuşdur. 1212-ci ildə körpünün hər iki tərəfində eyni zamanda başlayan yanğında 3.000 nəfər ölmüşdür. 1666-cı ildəki Böyük london Yanğınında körpü üzərindəki evlər ziyan görməsə də 1750-ci illlərdə evlər sökülməyə başlamışdır.

İndiki müasir London körpüsü 1967-1973-cü illərdə inşa edilmiş və kraliça II Elizabet tərəfindən 17 mart 1973-cü il tarixində açılmışdır. 283 metr uzunluğundadır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]