Vinca ovatifolia

Böyük qıfotu (lat. Vinca major) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü.

Böyük qıfotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Çin və Yaponiyadır. Təbiətdə növün arealı Cənubi Avropanı, Asiyanı və Şimali Afrikanı əhatə edir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 0,5 m-ə çatan həmişəyaşıl yarımkolcuqdur. Gövdəsi çılpaq və ya çox seyrək tükcüklüdür. Hündürlüyü 30-45 sm-ə çatır. Yarpaqları yumurtavari, ovalşəkilli, üstü tünd-yaşıl, altı isə açıq-yaşıl rənglidir, uzunluğu 4-8 sm, eni 2-5 sm, çılpaq, kənarları tükcüklüdür. Çiçəklərinin diametri 30-50 mm, parlaq göydür, düz qalxan budaqların üzərində bitkiyə xüsusi yaraşıq verir. Kasacıq hissəsinin uzunluğu 8-9 mm, tükcüklü, çiçək saplaqlarının uzunluğu isə 3-5 sm-dir. Çiçək tacı borucuğunun uzunluğu 15-25 mm, eni 10-18 mm, rombvari-yumurtavaridir. Mart-aprel aylarında çiçəkləyir. Nazik budaqları əyilərək, torpağın üzərinə düşür və həmin hissədən kök atır. Toxum, yaşıl qələmlər və kolun bölünməsi yolu ilə çoxaldılır.

Torpağa tələbkar deyil, quraqlığa davamlıdır, lakin Abşeron şəraitində isti yay günlərində suvarılmalıdır. Kölgəli və yarımkölgəli sahələrdə yaxşı inkişaf edir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda, Kür-Araz ovalığında, Cənub bölgəsində, Naxçıvanda, Abşeronda rast gəlinir.

Alçaq və enli çəpərlərdə çox dekorativ görünür. Gözəl formalı yarpaqları və iri çiçəkləri bitkiyə xüsusi yaraşıq verir və buna görə də bəzək bağçılığında istifadəsi əlverişlidir.

  • Pervinca major (L.) Garsault [Invalid]
  • Vinca grandiflora Salisb.
    • Vinca major subsp. major
    • Vinca major var. variegata Loudon
    • Vinca major f. variegata (Loudon) P.D.Sell
  • Vinca ovatifolia Stokes[2]

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 209.
  2. Böyük qıfotu:''The Plant List saytında takson barədə məlumat. (ing.)