Vinduyə

Vinduyəİspahbudan sülaləsindən Sasani dövlət xadimi.

Vinduyə
Şəxsi məlumatlar
Doğum tarixi VI əsr
Vəfat tarixi bilinmir
Fəaliyyəti hərbi qulluqçu
Uşağı

Vistəhm və qardaşı Vinduyə İspahbudan sülaləsindən idilər, sərkərdə Bavinin nəvəsi olmaqla bərabər II Xosrovun dayıları idilər. Cənubi İraq bölgəsinin irsi hakimləri olub, imperiyada yüksək yerlərdə vəzifə sahibi idilər. Ataları Şapurun IV Hörmüz tərəfindən öldürülməsindən sonra Vistəhm onun torpaqlarını almışdı. Hörmüzün sərt siyasəti 590-cı ildə Bəhram Çubin üsyanına səbəb olmuşdu. Bəhram öz ordusu ilə Ktesifonu mühasirəyə alarkən Hörmüzün siyasətindən bezən Vistəhm və qardaşı Hörmüzü həbs edərək kor etdilər və II Xosrovu taxta çıxardılar. Lakin bunlar Bəhramı dayandıra bilmədi və qardaşlar Xosrovla birgə Azərbaycana qaçmağa məcbur qaldılar. Yolda Bəhram tərəfindən saxlansalar da Vinduyə özünü Xosrov kimi qələmə verərək qardaşının qaçmasına şərait yaratdı.

Xosrov taxtı ələ keçirdikdən sonra Vinduyəni saray xəzinəsinin sədrliyinə, Vistəhmi isə Şərqin ispahbudanlığına — TəbəristanXorasan hakimliyinə təyin etdi. Lakin tezliklə atasının intiqamını almaq fikrinə düşən Xosrov Vinduyənin ölümünə fərman verdi. Vinduyə həbsdən sonra Xosrovu təhqir etdi və Sasanilərin vəfasızlığı barədə qışqırmağa başladı. Daha sonra həbsdən qaçaraq qardaşına qoşulmağa çalışsa da ələ keçirilərək əli və ayaqları kəsildi və çarmıxa gərilərək edam olundu.

Vistəhm qardaşının öldürülməsini xəbərini alan kimi üsyana qalxdı və şahlığa iddia etməyə başladı. Fərrux Hörmüz adlı oğlu olmuşdur.

  • Encyclopedia Iranica — Shapur Shahbazi (1989), BESṬĀM O BENDŌY