Vinilxlorid (xloretilen, monoxloretilen), CH2=CHCl, halogenli doymamış karbohidrogendir.
Vinilxlorid | |
---|---|
Ümumi | |
Sistematik adı | Vinilxlorid |
Kimyəvi formulu | CH2=CHCl |
Molyar kütlə | 62,498 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,9106 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | − 153,8 °S |
Qaynama nöqtəsi | − 13,8 °S |
Buxarın təzyiqi | 3,3 ± 0,1 atm[1] |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,37[2] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 75-01-4 |
PubChem | 6338 |
RTECS | KU9625000 |
ChEBI | 28509 |
ChemSpider | 6098 |
Vinilxlorid havadan ağır, zəif xloroform iyli, rəngsiz qazdır, asanlıqla alışıb yanır. Vinilxlorid dixloretan, xloroform, dietil efiri, neft karbohidrogenlərində yaxşı, suda isə çox pis həll olur.
Vinilxlorid ilk dəfə 1835-ci ildə Viktor Reno tərəfindən dixloretanı natrium hidroksidin spirtli məhlulu ilə işləyərək almışdır.
CH≡CH + HCl → CH2=CHCl
CH2Cl−CH2Cl +NaOH → CH2=CHCl+ NaCl+ H2O
CH2=CHCl + HCl → CH3−CHCl2
Vinilxloriddən alınan polivinilxlorid, eləcə də onun vinilasetat, vinilidenxlorid və s. vinil birləşmələri ilə birgə polimerləri sənayenin müxtəlif sahələrində geniş tətbiq olunan mühüm materiallardır. Plastik kütlə, sintetik lif, boya maddələri, süni dəri və s.istehsalında çox işlədilir.
Vinilxlorid keyidici narkotik maddədir. Havada az miqdarda olduqda insanın başı gicəllənir, çox olduqda isə insan şüurunu tamam itirir.
N.Ə.Səlimova, B.Ş.Şahpələngova. Ümumi kimya texnologiyası.Bakı 2013.