Viqlər partiyası — 1832—1856-cı illərdə mövcud olmuş Birləşmiş Ştatların siyasi partiyası. Partiya Milli Respublika Partiyası, Antimason Partiyası və digər kiçik anticeksonist partiyaların koalisiyası əsasında Endrü Cekson və Demokrat Partiyasına qarşı müxalifət olaraq yaradıldı. Xüsusilə viqlər konqresin icra hakimiyyəti üzərində üstünlük təşkil etməsini dəstəkləyirdi, müasirləşdirmə və iqtisadi proteksionizm proqramını təbliğ edirdi. Partiya uzun müddət Amerika siyasətinin iki partiya sistemində yer alırdı.
Viqlər Partiyası | |
---|---|
Qurucu | |
Quruluş tarixi | 1834 |
Dağılma tarixi | 1860 |
Baş qərargah | |
İdeologiya | Parlamentar rejim |
İdeoloji spektr | mərkəz sağ |
Vikianbarda əlaqəli mediafayllar |
Partiyanın adı, Amerika İnqilabı zamanı Britaniya metropoliyasına qarşı mübarizə aparan amerika vətənpərvərlərinin ləqəbindən götürülüb, o vaxtı viqlər (Britaniyanın Viqlər partiyası adından) deyə avtoritar hakimiyyətə qarşı çıxan insanlara deyilirdi. Viqlər Partiyası görkəmli üzvləri arasında Daniel Uebster, Vilyam Henri Harrison və onların daimi lideri Henri Kley yer alırlar. Avraam Linkoln İllinoysda viqlərin lideri idi.