Virciniya meşəgilası (lat. Prunus virginiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Virciniya meşəgilası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Virciniya meşəgilası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni Şimali Amerikadır.
Boyu 15 metr olan ağac, yaxud koldur. Sıx, yumurtavari çətirə və payızda qızaran tünd yaşıl yarpaqlara malikdir. Sallaq salxımlarda yerləşən çiçəkləri ağ rəngdədir. May-iyun aylarında çiçəkləyir, çiçəkləmə dövrü 10–14 gün davam edir. Toxum və qələmlə çoxaldılır.
Abşeron şəraitinə davamlıdır.
Böyük Qafqazda təbii halda rast gəlinir. Azərbaycanda Bakı Nəbatat bağına introduksiya edilib, mədəni əkin şəraitində becərilir.
Yaşıllaşdırmada təsadüf edilir.