Virtual kommunikasiyada emosiyalar

Virtual kommunikasiyada emosiyalarkompüter vasitəçiliyi ilə kommunikasiyanın (CMC) xüsusiyyətlərinə görə üzbəüz qarşılıqlı əlaqədən müxtəlif yollarla fərqlənən emosiyalar. CMC normal olaraq qarşılıqlı əlaqənin emosional aspektləri ilə əlaqəli bir çox eşitmə və vizual işarələrdən məhrum olur.[1] Bu sahədə aparılan tədqiqatlar insanların virtual mühitlərdə müxtəlif emosiyaları necə və nə vaxt göstərdiyini və şərh etdiyini araşdırmışdır.

Gülən üz mesajı bu mesajı qəbul edəni sakitləşdirə bilər və ya sarkazm kimi şərh edilə bilər.

Mətn əsaslı kommunikasiyanın audio və vizual işarələri aradan qaldırmağına baxmayaraq, emosiyanı vurğulamaq üçün başqa üsullar da var. Emotikonlar və ya emosional nişanlar müxtəlif növ emosiyaları nümayiş etdirmək məqsədilə istifadə olunur. Üz-üzə kommunikasiyada emosional təzahürlərə oxşar olaraq burada da qadınların kişilərə nisbətən daha çox emotikonlardan istifadə etdikləri aşkar edilmişdir.[2] Virtual kommunikasiya platformalarında sadəcə emotikonlardan istifadə etməklə yanaşı, insanlar danışığa vurğu əlavə etmək üçün hərfləri və ya sözləri böyük hərflə yazmağa meyllidirlər.[3]

Virtual kommunikasiyanın müxtəlif xüsusiyyətləri var. Bu, emosiyaların həcminin artması ilə nəticələnir. CMC-də sosial işarələrin olmamasının şəxsiyyətsizləşdirmə effekti yaratdığı aşkar edilmişdir.[4] Bundan əlavə, virtual kommunikasiyada daha çox anonimlik və ya anonimlik hissləri ola bilər. Anonim və sosial cəhətdən təcrid olunmuş kommunikasiya kombinasiyasının maneəsiz davranış nəticəsində alovlanma ehtimalını, qəzəbli və düşməncəsinə ritorikanı artırdığı göstərilmişdir.[5][6]

Bundan əlavə, virtual kommunikasiyanın normativ sosial təzyiqləri azalda biləcəyi sübut edilmişdir.[7] Sosial təzyiqlərin azalması nəticəsində fərdlər müsbət və ya mənfi affektləri açıqlayan zaman özlərini daha rahat hiss edə bilərlər. Bu, normal üz-üzə qarşılıqlı əlaqədə uyğun sayılmaya bilər. Məsələn, tədqiqatçılar Gilmor və Varren əsasən sosial iyerarxiyaların azalması səbəbindən virtual tədris mühitində yaxınlıq, oynaqlıq və qürur duyğularının baş verdiyi halları tapmışdılar.[8]

İnterpretasiya

[redaktə | mənbəni redaktə et]

Virtual kommunikasiya platformaları üzərində sosial və emosional işarələrin olmaması emosiya və niyyətlərin yanlış interpretasiya edilməsi hallarının artması ilə nəticələnə bilər. Tədqiqatçılar Kruger, Epli, Parker, and Ng fərdlərin e-poçt vasitəsilə emosiyaları aydın ötürmək və şərh etmək qabiliyyətini ifrat dərəcədə qiymətləndirdiyini təsbit etmişdilər.[9] Onlar fərdlərin CMC üzərindən başqalarına emosiyaları effektiv şəkildə çatdıra bilməməsinin eqosentrizmjestlər, vurğu və intonasiyalar da daxil olmaqla paralinqvistik işarələrin olmaması ilə əlaqələndirirlər.

Müsbət olması nəzərdə tutulan e-poçtların daha neytral görünməsinin səbəblərindən biri, e-poçt prosesinin özünün üz-üzə ünsiyyətdən daha az stimullaşdırıcı olmasıdır. [10] Bir çox insanlar e-poçtları işlə bağlı məsələlərlə əlaqələndirməyə meylli olduğundan, e-poçtlarda daha az müsbət təsirin göstəriləcəyini gözləyirlər. [11] Bundan əlavə, e-poçt mesajlarının emosional qeyri-müəyyənliyi əslində onların nəzərdə tutulduğundan daha mənfi şəkildə şərh edilməsinə səbəb ola bilər. [12] Bayron (2008) qeyd edir ki, statusu daha yüksək olan göndərənlərin e-poçtları, statusu aşağı olan insanlardan alınan e-poçtlardan daha çox mənfi kimi qəbul ediləcək. [12]

Virtual kommunikasiyanın daimi və potensial ictimai xarakteri nəzərə alınan zaman tərəflərin mesajlara qəsdən olmayaraq üz-üzə kommunikasiya kimi yanaşması və şərh etməsi ehtimalı daha yüksəkdir. Müəyyən edilmişdir ki, üçüncü tərəflər virtual kommunikasiyada qarşılıqlı əlaqələri mübahisələr kimi şərh edə bilərlər, halbuki əslində burada heç bir münaqişə olmaya bilər.[13]

Emosiyaların ifrat səviyyədə ifadə olunması və yanlış interpretasiya edilməsi ehtimalına görə virtual kommunikasiyada münaqişələr yarana bilər. Münaqişəni azaltmaq üçün ən çox emosional siqnallara və birbaşa əks əlaqəyə malik olan kommunikasiya vasitələri ən yaxşı seçim hesab olunur.[14] Artan emosional siqnallar mənfi təsirləri daha yaxşı aşkar etməyə və hər hansı mənfi emosiyaların qarşısını almaq üçün daha çox müsbət təsir nümayiş etdirməyə imkan verir. Əlaqənin təcililiyi mesajların müəyyən bir kommunikasiya vasitəsi ilə nə qədər tez ötürüldüyü və onlara cavab veriləcəyi gözləntiləri ilə əlaqədardır.[15] Məsələn, ani mesajlaşma e-poçtdan daha yüksək əks əlaqə dərəcəsinə malikdir, çünki ani mesajlaşma e-poçtdan daha çox sinxron kommunikasiyaya gətirib çıxarır. Əlaqənin dərhal formada həyata keçirilməsi fərdlərə məyusluq və digər neqativ emosiyaları daha tez aşkar edib aradan qaldırmağa imkan verir. Bundan əlavə, daha sinxron olan kommunikasiya vasitələri müsbət təsir üçün zəruri olan zarafatlar kimi spontan şərhlərə daha yaxşı imkan verir.[14] Artan müsbət təsir münaqişə ehtimalını azaldan müsbət qarşılıqlı əlaqə yaratmağa kömək edir.

  1. Kelly, J. R. and Barsade, S.G. (2001). "Mood and Emotions in Small Groups and Work Teams". Organizational behavior and human decision processes 86(1): 99-130.
  2. Wolf, A. (2000). "Emotional expression online: Gender differences in emoticon use." CyberPsychology & Behavior 3(5): 827-833.
  3. Kiesler, S. and Sproull, L. (1992). "Group decision making and communication technology." Organizational behavior and human decision processes 52(1): 96-123.
  4. Siegel, J., Dubrovsky, V., Kiesler, S., and McGuire, T. (1986). "Group processes in computer-mediated communication." Organizational behavior and human decision processes 37(2): 157-187.
  5. Alonzo, M. and Aiken, M. (2004). "Flaming in electronic communication." Decision Support Systems 36(3): 205-213.
  6. Moor, P. J., Heuvelman A., and Verleur, R. (2010). "Flaming on youtube" Arxivləşdirilib 2022-12-24 at the Wayback Machine. Computers in Human Behavior 26(6): 1536-1546.
  7. Bordia, P. (1997). "Face-to-face versus computer-mediated communication: A synthesis of the experimental literature" Arxivləşdirilib 2013-04-17 at the Wayback Machine. Journal of Business Communication 34(1): 99.
  8. Gilmore, S. and Warren, S. (2007). "Themed article: Emotion online: Experiences of teaching in a virtual learning environment." Human Relations 60(4): 581.
  9. Kruger, J., Epley, N., Parker, J. and Ng, Z. W. (2005). "Egocentrism over e-mail: can we communicate as well as we think?" Arxivləşdirilib 2015-05-13 at the Wayback Machine Journal of Personality and Social Psychology 89(6): 925
  10. Kock, N. (2005). "Media richness or media naturalness? The evolution of our biological communication apparatus and its influence on our behavior toward e-communication tools" Arxivləşdirilib 2016-08-12 at the Wayback Machine. Professional Communication, IEEE Transactions on 48(2): 117-130.
  11. Lea, M. and Spears, R. (1991). "Computer-mediated communication, de-individuation and group decision-making." International Journal of Man-Machine Studies 34(2): 283-301.
  12. 1 2 Byron, K. (2008). "Carrying too heavy a load? The communication and miscommunication of emotion by email"[ölü keçid][daimi ölü keçid]. Academy of Management Review 33(2): 309.
  13. Myers, P. (2007). "Themed article: Sexed up intelligence or irresponsible reporting? The interplay of virtual communication and emotion in dispute sensemaking." Human Relations 60(4): 609-636.
  14. 1 2 Maruping, L. M. and Agarwal, R. (2004). "Managing team interpersonal processes through technology: a task-technology fit perspective." Journal of Applied Psychology 89(6): 975.
  15. Dennis, A. R. and Valacich, J. S. (1999). Rethinking media richness: Towards a theory of media synchronicity. System Sciences, 1999. HICSS-32. Proceedings of the 32nd Annual Hawaii International Conference on, IEEE.