Viscum album

Ağ öksəotu (lat. Viscum album)[2]öksəotu cinsinə aid bitki növü.[3]

Ağ öksəotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Hündürlüyü 50 sm-ə qədər olan, sıx çəngəlvari budaqlanmış şarşəkilli koldur; budaqları oduncağabənzərdir, qışlayan yarpaqları vardır. Bitki bütünlüklə çılpaq olub, sarımtıl-yaşıl rəngdədir.

Yarpaqları oturaqdır, qalındır, uzunsov və ya uzunsov-ovaldır, qaidə hissəsinə doğru qısa daralmış, kütdür.

Martda çiçək açır. Çiçəkləri sarımtıl-yaşıl rəngdə olub, 5–6 ədəd olmaqla haçalanmış budaqlarda toplanmışdır.

Giləmeyvələri şarşəkilli formalı, ağ və ya sarımtıl rənglidir, diametri 9–10 mm-dir. Mart-İyun aylarında çiçək açır.

Samur-Şabran oval., Qobustan, BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ cənub, Lənk.dağ., Lənk. oval.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Yarpaqlı ağaclarda, əsasən balverən ağaclarda parazitlik edir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Yarpaqlarından alınan preparat hipertoniya zamanı istifadə olunur.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1023.
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  3. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.