Vitali Şevçenko (ukr. Віта́лій Шевче́нко; doğ. 2 oktyabr 1951, Bakı, Azərbaycan SSR, SSRİ) — sovet futbolçusu, Rusiya futbol məşqçisi. hücumçu mövqeyində çıxış edib.
Vitali Şevçenko | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ukr. Віта́лій Шевче́нко | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 2 oktyabr 1951[1] (73 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
SSRİ → Rusiya |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 178 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | klubsuz | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Vitali Şevçenko 2 oktyabr 1951-ci ildə Bakı şəhərində futbolçu ailəsində anadan olub. Onun atası Viktor Şevçenko 1946-1953-cü illər aralığında Bakının "Neftyanik" komandasında forma geyinib.[2]
Vitali futbol oynamağa küçədə, Bakının dar məhəllələrində başlayıb. 1968-ci ildə — 17 yaşında olarkən "Neftçi"yə gəlib. Neftçinin əsas komandasındakı debütü "Ararat Yerevan"la oyunda baş tutub. Şevçenkonun 82-ci dəqiqədə meydana çıxdığı görüş, "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Şevçenkonun "Neftçi"dəki ilk mövsümü o qədər də uğurlu alınmayıb. O, meydana çıxdığı 17 oyunda 1 dəfə fərqlənmiş, komandası isə çempionatı 9-cu pillədə başa vurmuşdur. Növbəti mövsümdə 17 oyun keçirib, 2 qola imza atıb. 1970-ci il mövsümündə 27 oyunda 8 qolun müəllifi olan Şevçenko komandasının liderlərindən birinə çevrilib.
Şevçenko 1973-cü ildə Kiyevin "Dinamo" komandasına keçsə də, komandada möhkəmlənə bilməyib. O, "Dinamo"nun heyətində 1973–1975-ci illər ərzində cəmi 7 oyun keçirib, 1 qol vurub.[3] 1975-ci ildə Odessanı təmsil edən "Çernomorets" komandasına keçib. Futbolçu karyerasını 1983-cü ildə Moskvanın "Lokomotiv" komandasında başa vurub.
Şevçenko 1970–1972-ci illər aralığında formasını geyindiyi SSRİ milli futbol komandasının heyətində ümumilikdə 13 oyun keçirib, 4 qol vurub.
1985–1992-ci illərdə "Lokomotiv Moskva" komandasının rəisi olub. Lakin, özünün dediyinə görə, o, daha çox rəis yox, Yuri Syominin köməkçi məşqçisi olub.[4]
1992-ci ildə ölkəsinin aparıcı klublarından biri olan "Bolivar"ın prezidenti Mario Merkadonun dəvəti ilə məşqçi karyerasını davam etdirmək üçün Boliviyaya gedib. Burada baş məşqçi qismində iki dəfə ölkə çempionatının qalibi, bir dəfə isə ölkə Kubokunun finalçısı olub.
1994-cü ildə İsraildə gedib və "Hapoel Beer-Şeva" klubuna baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında çempionatı üçüncü yerdə başa vurub və UEFA Kubokuna vəsiqə qazanıb. Növbəti mövsümdə klubun yeni prezidentiylə fikir ayrılıqları yarandığından, İsrailin başqa komandası — "İroni Rişon-le-Sion"la müqavilə bağlayıb. Lakin yeni komandada çox qalmayıb və bir müddətdən sonra yenidən "Hapoel Beer-Şeva"ya qayıdıb.
1996-cı ildə Rusiyaya qayıdıb və may ayında "Uralmaş" komandasına baş məşqçi təyin olunub. Mövsümün sonunda "Uralmaş" 18 komanda arasında 15-ci olaraq yüksək liqanı tərk edib.
1997-ci ildə yarım il Rusiya birinci liqasında çıxış edən İjevskin "Qazovik-Qazprom" komandasında bəş məşqçi kimi çalışıb.
1998 mövsümünü "Uralan" komandasının baş məşqçisi postunda keçirib. Komanda onun rəhbərliyi altında uğurla çıxış edərək çempionatı yeddinci yerdə başa vurub. Lakin, komandanın yeni prezidentiylə fikir ayrılıqlarına görə Şevçenko Elista təmsiçisini tərk etməli olub.
1999-cu ildə "Torpedo Moskva" komandasına baş məşqçi təyin olunub. Dörd il burada çalışan Şevçenkonun ən yüksək nəticəsi — 2000-ci ildə ölkə çempionatında üçüncülük olub. 2002-ci ildə komandada maliyyə çətinlikləri yarandığından, həmin ilin yayında "Torpedo"nu tərk edib.
Sonralar "Saturn" (2002–2003), "Rostov" (2004), "Metallurq" (2005) və "Terek" (2006) komandalarında baş məşqçi kimi çalışıb.
27 iyun 2010-cu ildə Volqoqradın "Rotor" komandasına baş məşqçi təyin olunub.[5] 2010-cu ilin dekabrında baş məşqçi postunu tərk edib.[6]