Vitali Yunus oğlu Səmədov (24 sentyabr 1919, Nijni Novqorod – 11 noyabr 2015, Moskva) – partiya işçisi, fəlsəfə elmləri namizədi, Azərbaycan SSR EA-nın Tarix və Fəlsəfə İnstitutunun direktoru, Azərbaycan Kommunist partiyasının qurultayında Mərkəzi Komitənin büro üzvü, Azərbaycan KP-nın MK-nin ikinci katibi.[1]
Vitali Yunus oğlu Səmədov 1919-cu il sentyabrın 24-də Moskva şəhərində anadan olub. 1984-cü ildə vəfat edib.[1]
- 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun Elektrik Mühəndisliyi fakültəsini bitirmişdir.
- 1947-ci ildə Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Ali Partiya Məktəbində təhsili başa vurub.
- 1948-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.[1]
- 1942–1944-cü illərdə Azərbaycan SSR XDİK orqanlarına işə göndərilmişdir.
- Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının MK-nın ikinci katibi (1944–1946) olmuşdur.
- 1948-сi ilin avqust ayından Azərbaycan SSR EA-nın Fəlsəfə Sektorunda kiçik elmi işçi vəzifəsində işləmişdir.
- XX əsrin 50-ci illərində akademiya və onun müəssisələrinin partiyaçı kadrlar ilə "doldurulması" prosesi yüksək sürətlə gedirdi. 1951-ci ilin fevralın 16-da Tarix və Fəlsəfə İnstitutunun direktoru vəzifəsinə partiya işçisi, fəlsəfə elmləri namizədi Vitali Səmədovun təyin edilməsi də məhz bununla bağlı idi.
- 1952-ci il iyunun 14-nə kimi Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru olub.[2]
- 1951-ci ilin iyun ayında o, partiya işinə keçirilərək Azərbaycan KP MK-nin elm və təhsil şöbəsinin müdiri, sonradan 1952-ci ildə Azərbaycan KP-nın MK-nin ikinci katibi seçilmişdir.[3]
- 1948–1960-cı illərdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
- 1954-cü ildə Azərbaycan Kommunist partiyasının qurultayında Mərkəzi Komitənin büro üzvü seçilmişdir.
- 1954-cü il 4-сü çağırışında SSRİ Ali Sovetinin deputatı seçilmişdir.[4]
- 1956-cı ildə Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin üzvü, 1959-cu il çağırışında Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.
- 1960-cı ildə Sovet İttifaqı Kommunist Partiyası MK yanında Marksizm-Leninizm İnstitutunda (1971-ci ildən marksizm-leninizm tarixi bölməsinin müdiri) işləmişdir.
- 1971-ci ildə SSRİ EA-nın ictimai fikir tarixinə dair Elmi Şurasının üzvü olmuşdur.[1]
V.Y.Səmədovun əsas tədqiqatları marksizm-leninizm tarixi, ictimai fikir və inqilabi hərəkat tarixi sahəsindədir. Azərbaycan Kommunist Partiyasının tarixi" əsərinin müəlliflərindən biri olub. Əsas əsərləri aşağıdakılardır: