Vitis labrusca (lat. Vitis labrusca) — üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki növü.Əsasən "izabella" üzüm sortu kimi tanınır.
Labrusk üzümü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Labrusk üzümü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şimali Amerikada bitir.
Gövdəsinin diametri 20-30 sm, dirəklə yüksəyə qalxan, sıx örtüklər əmələ gətirən ikievli lianadır. Tükcüklü zoğların bığcıqları 2-3 çəngəlvari, yaxşı inkişaf etmişdir. Qırışlı, iri, yumurtavari və ya yumru formalı yarpaqları (25 sm-dək) bütöv və ya 3 hissəlidir, üstü tutqun, tünd yaşıl, çılpaq, alt tərəfi tükcüklüdür. Çiçək qurupunun uzunluğu 8 sm-dək, qısa, qalın ayaqda dişicik çiçəkləri daha möhkəm, erkəkcikli daha yumşaqdır. Kiçik meyvə salxımlarında 20 giləmeyvə olur. Şarşəkilli giləmeyvələri qara-al qırmızı, bəzən qırmızımtıl-qonur, çəhrayı, sarımtıl-yaşıl, çox az hallarda ağ rəngli, diametri 15–20 mm-dir. Üstdən sıx çöküntü ilə örtülmüşdür. Musnus ətirlidir. Toxumları iri, qısa dimdikdir.
Nəmişli yerlərdə, çay vadilərində, qumlu torpaqlarda yaxşı inkişaf edir.
Böyük Qafqazda,Talışda təbii halda rast gəlinir.
Bu növ çox vaxt sıx, gözəl yarpaqlarına görə dekorativ məqsədlərlə istifadə edilir.