Vivo Communication Technology Co. Ltd. — Çin texnologiya şirkəti. Dünyanın ən böyük smartfon istehsalçılarından biridir.[1]
Vivo | |
---|---|
Ümumi məlumatlar | |
Məhsulu | smartfon |
Təsis tarixi | 2020 |
vivoglobal.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Vivo 2009-cu ildə Çində yaradılıb.[2]
Şirkət 2012-ci ildə "Vivo X1" smartfonunu təqdim edir.
2014-cü ildən başlayaraq xarici bazarlara inteqrasiya edən Vivo, Hindistan və Cənub-Şərqi Asiya ölkələrində fəaliyyətə başlayır.
2017-ci ildə Vivo FIFA-nın Rəsmi Sponsoru olur. Forbes nəşrinin məlumatına görə şirkət, bu razılaşma üçun ildə 60 milyon avroya qədər reklam üçün pul ödəyəcək.[3]
2017-ci ilin birinci rübünün nəticələrinə görə Vivo 600,2 milyon smartfon satır. Bu da şirkətin qlobal smartfon istehsalçıları sıralamasında 5-ci yeri tutmasına səbəb olur.[4]
Şirkət 2017-ci ilin ikinci rübünün sonundada bazardakı mövqeyini qoruyur.[5]
Forbes- nəşrinin qeyd etdiyi kimi "Vivo"nun Avropa və ABŞ "smartfon bazarı"nda praktiki olaraq heç bir iştirakı yoxdur, lakin Çin ağıllı telefon bazarı o qədər genişdir ki, "Vivo"nun burada ilk üçlükdə olması, onu dünyanın aparıcı istehsalçılarından birinə çevirir.[3]
Vivo hazırda 4 fabrikə sahibdir, bunlardan 2-si Çindədir. Digər iki fabriki isə, Hindistan və İndoneziyada yerləşir.[1]
2019-cu ildə Vivo rəsmi olaraq yeni "iQOO" markalı smartfonunu təqdim edir.