Vladimir Kolesniov

Vladimir Kolesniov (5 noyabr 1941, RSFSR və ya Rostov-na-Donu, RSFSR, SSRİ) — Rusiya Federasiyasının Əməkdar elm xadimi, fizika elmləri doktoru, "Dostluq" ordeni laureatı

Vladimir Kolesniov
Doğum tarixi 5 noyabr 1941(1941-11-05) (83 yaş)
Doğum yeri
Elm sahəsi maşınqayırma
Elmi dərəcəsi
Elmi adı
  • REA-nın akademikləri[d]
İş yeri
  • Rostov Dövlət Nəqliyyat Universiteti[d]
Təhsili
  • Rostov Dövlət Universiteti[d]
Üzvlüyü
Mükafatları 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Şərəf" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Əmək veteranı" medalı "Dostluq" ordeni
Rusiya Federasiyası Prezidentinin fəxri fərmanı Fəxri dəmiryolçu Rusiya Federasiyasının əməkdar elm xadimi

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vladimir İvanoviç Kolesniov 1941-ci il noyabrın 5- də Rostov-na-Donu şəhərində anadan olmuşdur.1966-cı ildə Rostov Dovlət Universitetinin fizika riyaziyyat fakültəsini,1994-cu ildə isə Rusiya Federasiyası nəzdində Kənd təsərrufatı akademiyasının idarəetmə fakültəsini bitirmişdir. 1975-ci ildə elmlər namizədi dərəcəsini almış, 1987-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1966–1969-cu illərdə Elmi-tədqiqat İnstitutunda sənaye müəssisələrinin avtomatlaşdırılması üzrə mühəndis, 1969–1970-ci illərdə Elmi-tədqiqat sektorunun (DMRİ) baş mühəndisi olmuşdur, 1970–1977-ci illərdə isə "Fizika" kafedrasının (DMRİ) assistantı olmuşdur. 1977–1987-ci illərdə isə "Fizika" kafedrasının dosenti, DMRİ-nin baş elmi işci vəzifəsində çalışmışdır. 1987–1992-ci illərdə "Nəzəri mexanika" kafedrasının DMRİ-nin başçısı olmuşdur.1992–1996-cı illərdə "İnşaat və Nəzəri mexanika" kafedrası DMRİ-nin başçısı və 1996-cı ildə isə Ali Federal hökumət büdcə təhsil müəssisəsi Rostov Dovlət Nəqliyyat Universitetinin rektoru, "Nəzəri mexanika" kafedra başçısı olmuşdur.

"Şərəf" ordeni, "Rusiya patriotu" medalı və "Dostluq" ordeni ilə təltif olunmuş, Rusiya Federasiyasının Əməkdar elm xadimi, Rostov-na-Donu şəhərinin fəxri vətəndaşıdır. 24 monoqrafiyanın, 14 metodik vəsaitin, 22 ixtira və patentin muəllifidir.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilmişdir.

diaspora.gov.az

Azərbaycan Diasporu Ensiklopedik Məlumatlar Toplusu