Markovnikov Vladimir Vasilyeviç (rus. Владимир Васильевич Марковников; (13 dekabr (25 dekabr) 1837 – 29 yanvar (11 fevral) 1904) — elmi məktəbin əsasımı qoyan, rus kimyaçısı. Butlerovun kimyəvi strukturu nəzəriyyəsi üzrə işləyərək o, atomların orqanik birləşmələrdə bir birinə nüfuzunu araşdırdı və orada bəzi müntəzəmlərir tapdı (o cümlədən, oksigensiz turşların iki və üç qat əlaqəli doymamış karbohidrogenlərə qaydasını keşvetdi. 1869-cu ildə bu qayda onun şərəfinə adlandırıldı). O, 1865-ci ildə yağ turşuların izomeriyasını kəşf etdi. 80-ci illərin əvvəlindən qafqaz neftini tədqiq edirdi, sikloalkanları kəşf etdi. Rusiya İmperiyasının kimyəvi sənayənin inkişafına təsir etdi. Rus kimyə cəmiyyətinin (1868) əsas qoyuculardan biri idi. Memar Nikolay Markovnikovun atası.
Vladimir Markovnikov Vasilyeviç | |
---|---|
Владимир Васильевич Марковников | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya imperiyası, Knyaginino |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Rusiya imperiyası, Moskva |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya imperiyası |
Elm sahəsi | Kimya |
İş yerləri |
|
Alma-mater | Kazan Dövlət Universiteti |
Təhsili |
Kazan Dövlət Universiteti M.V.Lomonosov adına Moskva Dövlət Universiteti |
Elmi rəhbəri | Aleksandr Butlerov |
Tanınmış yetirmələri |
İvan Kablukov Nikolay Demyanov |
Vikianbarda əlaqəli mediafayllar |
Markovniklər sülaləsin sənədlərinə görə, Vladimir Vasilyeviç Markovnikov 1837-ci ildə dekabrın 13 (25)-də, Knyaginin şəhərində (günümüzdə Nijeqorod vilayətin Knyaginino şəhəri) Belyov yeger polkunun poruçikin, V.V.Markovnikovun ailəsində anadan olub. Lakin, onun həyat dövründə yazılan bioqrafiyada yazılmışdı ki, onun doğum yeri 1837—1838 illər arasında Belyov yeger polkunun qaldığı yerdə, Çernoreçye qəsəbəsində (günümüzdə Nijeqorod vilayətin Dzerjinsk şəhəri) idi. Bundan sonra onu İvanovskoye qəsəbəsindəki atasının evinə apardılar. Həmin yerdə o öz uşağlıqını keçirdi.