Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Vladimir Dmitrievich Nebilitsin (rus. Владимир Дмитриевич Небылицын; 21 iyul 1930[1], Troitsk[d] – 1972[2], Moskva) — bir rus psixoloqu, Boris Teplovun şagirdlərindən biri, professor (1968), Rusiya Pedaqoji Akademiyasının üzvü.
Vladimir Nebilitsin | |
---|---|
Doğum tarixi | 21 iyul 1930[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1972[2] |
Vəfat yeri | |
Dəfn yeri | |
Elmi dərəcəsi | |
Təhsili |
|
Teplovun tədqiqatlarına əsaslanaraq, o, eksperimental nevrologiya problemlərini öyrənmişdir. Teplovun sinir sisteminin gücü ilə həssaslıq arasındakı tərs asılılıq fərziyyəsini əsaslandırmağa müvəffəq oldu. Sinir sisteminin dinamizm kimi əvvəlcədən bilinməyən bəzi xüsusiyyətlərini təsvir etmiş, beyin proseslərinin dinamikasının tədqiqinin bir neçə elektro-fizioloji metodunu inkişaf etdirmişdir. Nebilitsin, fəaliyyət və özünütənzimləmə kimi fərdi xüsusiyyətlərin əsasında dayanan sinir sisteminin ümumi xüsusiyyətləri haqqında fərziyyə irəli sürmüşdür. Sovet psixologiyasında faktor analizinin qabaqcıllarından biri idi.
O, həyat yoldaşı ilə birlikdə Aeroflot Flight 1036 qəzasında vəfat etmişdir.
Qardaşı Boris Nebilitsin Çelyabinsk Dövlət Universitetində dərs deyir.