Vladimir Borisoviç Qabulov (rus. Владимир Борисович Габулов, oset. Гæбулты Борисы фырт Владимир; 19 oktyabr 1983[1], Mozdok, Şimali Osetiya MSSR) — qapıçı mövqeyində çıxış edən Rusiya futbolçusu.
Vladimir Qabulov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Владимир Борисович Габулов oset. Гæбулты Борисы фырт Владимир | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 19 oktyabr 1983[1] (41 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 185 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 77 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | qapıçı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
,
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Rusiyanın əməkdar idman ustası (2008).[2] 2004/2005 UEFA Kuboku qalibi, iki dəfə Rusiya çempionu, 2006 Rusiya Kubokunun qalibi, 2008 Avropa Futbol Çempionatının bürünc mükafatçısı, 2017/18 Belçika çempionu.[3] Rusiya millisində 10 oyun keçirib.
13 noyabr 2018-ci ildən 10 iyul 2019-cu ilə qədər Şimali Osetiyanın Bədən Tərbiyəsi və İdman Naziri,[4][5][6] 2019-cu ilin iyul ayından dekabr ayınadək "Alaniya" (Vladiqafqaz) futbol klubunun prezidenti vəzifəsini tuturdu.[7] Hazırda Şimali Osetiya-Alaniya Respublikasının başçısının respublikada futbolun inkişafı üzrə məsləhətçisidir, həmçinin 2020-ci ilin fevral ayından 2021-ci ilin iyul ayınadək Moskva vilayətinin "Olimp" futbol klubunun idarə heyətinin sədri idi,[8] "Olimp" və "Doloqprudnı" klublarının birləşməsindən sonra iş yerinin adı "Olimp-Dolqoprudnı" olaraq dəyişdi.[9][10]
Vladimir Qabulov 19 oktyabr 1983-cü ildə Osetiyanın Mozdok şəhərində anadan olub. Uşaqlıqda tez-tez atası ilə birlikdə futbol yarışlarına gedirdi, bu idman növü ilə bağlı heç bir televiziya proqramını qaçırmırdı.[11] Qabulov qapıda oynamaq qərarını hələ uşaq ikən verdi. Bir dəfə kiçik qardaşı ilə birlikdə həyətdə cərimə zərbələri endirirdilər, Georgi qapıya vururdu, Vladimir topları tutdu. Vladimir Qabulovun sözlərinə görə, çərçivəni qorumaq fikri həm də onunla bağlı idi ki, meydança üzrə qaçmaq istəmirdi.[12]
Erkən məktəb yaşlarında futbolla məşğul olaraq, yerli № 1 uşaq və gənclər idman məktəbinə getməyə başladı.[13] Oyunçunun ilk məşqçisi Sergey Qriqoryeviç Canayev oldu. 16 yaşında Rusiya Çempionatının İkinci Divizionunda çıxış edən "Mozdok" futbol klubundan dəvət aldı. "Mozdok"un forması ilə Qabulov 33 matçda iştirak edərək iki mövsüm oynadı.
2001-ci ildə o vaxtdı "Dinamo Moskva" klubunu çalışdıran Valeri Qazzayev Qabulovu komandasına dəvət etdi. 17 yaşlı qapıçının yeni klubda debütu 11 mart 2001-ci ildə ev meydanında keçirilən Samara şəhərinin "Krılya Sovetov" klubuna qarşı oldu, oyun "Dinamo"nun 0:1 hesablı məğlubiyyəti ilə bitdi.[14] Ümumilikdə, Qabulov həmin mövsüm Moskva klubunda 11 görüş keçirdi, 2-sində qapısını toxunulmaz saxladı və 14 qol buraxdı.
Tezliklə Valeri Qazzayev "Dinamo"nun baş məşqçisi postunu tərk etdi, eynisini onun ardınca Qabulov da etdi və "Alaniya" klubu ilə müqavilə imzalayaraq, komandanın əsas qapıçısı oldu. Onun qərarına doğma respublikasından olan bir klubda oynamaq kimi uşaqlıq arzusu da təsir etmişdir.[15] 31 avqust 2003-cü ildə Rusiya çempionatının 23-cü turu çərçivəsində keçirilən "Çernomorets" qarşı oyunda Qabulov Novorossiysk klubunun iki futbolçusuna zərbə vurdu. Bu səbəbdən nəzarət intizam komitəsinin bürosu onu on oyunluq diskvalifikasiya etmək qərarına gəldi.[16][17]
Ümumilikdə, 2001-2003-cü illərdə Qabulov Rusiya çempionatında 43 matçda iştirak etdi, onlardan 8-də qapısını toxunulmaz saxladı və 63 qol buraxdı.[18]