Vladimirovskoe (adıq Владимировскэр[2]) — Adıge Respublikasının Qiaqin rayonunda kənd. Kənd Kelermesskoe inzibati mərkəzinə tabedir.
Vladimirovskoe (Adıgey) | |
---|---|
adıq Владимировское | |
44°45′11″ şm. e. 40°11′23″ ş. u. | |
Ölkə | Rusiya |
Region | Adıge Respublikası |
Rayon | Qiaqin rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1924 |
Sahəsi | 0,69 km² |
Mərkəzin hündürlüyü | 208 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Milli tərkibi | ruslar |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 87779 |
Poçt indeksi | 385632 |
Qiaqin rayonunun cənub hissəsində, Ulka çayının sağ sahilində yerləşir. Kelermesskoe kənd yaşayış məntəqəsinin mərkəzindən 5 km cənub-şərqdə, rayon mərkəzi Qiaqin şəhərindən 15 km cənub-şərqdə və Maykop şəhərindən 23 km şimal-şərqdə yerləşir.
Kəndin sahəsi 0,69 km2-dir ki, bu da kənd yaşayış məntəqəsi ərazisinin 0,51%-ni təşkil edir.
Kənd Zəkuban maili düzənliyində, düzənlikdən dağətəyi zonaya keçiddə yerləşir. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 208 metr yüksəklikdədir. Ərazinin relyefi cənub-qərbdən şimal-şərqə doğru meyilli olub və təpəli və dalğalı yüksəklikləri ilə diqqəti cəlb edir. Çay dərələri ilə ərazi kəsilib. Kənd ərazisində ən yüksək nöqtə dəniz səviyyəsindən 208 metrdir.
Hidroqrafik şəbəkə əsasən kəndin şərqindən axan Ulka çayı və onun sağ qolu Malaya Ulka ilə təmsil olunur. Çay vadilərini sıx qarışıq meşələr tutur. Kəndin girəcəyində böyük su anbarı var.
İqlimi mülayim kontinentaldı. Orta illik hava temperaturu müsbətdir və + 11,5 °C-dir. İyulda orta aylıq hava temperaturu + 23,0 °C-ə çatır. Yanvarda orta aylıq temperatur 0 °C-dir. Orta illik yağıntı 750 mm-dir. Yağıntıların çoxu may-iyul ayları arasında düşür.
Kənd 1924-cü ildə salınmışdır[3].
Kənd əhalisi azdır. 2017-ci ilin siyahıya alınmasına görə əhalinin sayı 80 nəfər olmuşdir. 2020-ci ilin məlumatına əsasən isə kənddə 91 nəfər əhali yaşayır.[4] Əhalinin sıxılığı 133.33 nəf./km2. Kənd əhalisinin 89 %-ni ruslar təşkil edir. Adıqlar 6,4 %-dır. Kişilərin sayı— 36 nəfər.(46,2 %). Qadınların sayı isə — 42 nəfərdir. (53,8 %). Əhali dini baxışlarına görə şərqi ortodoks xristianlıq qoluna daxildir.
Əsas sosial infrastruktur obyektləri Kelermesskaya kənd qəsəbəsinin mərkəzində yerləşir. Kənd qəsəbəsinin başçısı Fatev Sergey Alekeviçdir.