Vladislav Kanevski

Vladislav Volodimiroviç Kanevski (ukr. Владислав Володимирович Каневський; 2 yanvar 1973, Vinnitsa) — Ukrayna diplomatı, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2019-cu ildən)[1]

Vladislav Kanevski
ukr. Владислав Володимирович Каневський
bayraq
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
bayraq2
Vəzifədədir
27 fevral 2019-cu ildən
ƏvvəlkiAleksandr Mişenko
Şəxsi məlumatlar
Doğum tarixi 2 yanvar 1973(1973-01-02) (51 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vladislav Kanevski 2 yanvar 1973-cü ildə Vinnitsa şəhərində anadan olub. 1996-cı ildə Taras Şevçenko adına Kiyev Milli Universitetini, 2003-cü ildə isə Ukrayna Xarici İşlər Nazirliyi yanında Ukrayna Diplomatik Akademiyasını bitirib. Polyak, ingilis, rus dillərini bilir.

1996–1998-ci illərdə Ukrayna Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Vətəndaşlıq, miqrasiya, irs və xaricdəki vətəndaşlarla əlaqələr şöbəsinin mütəxəssisi olub.

1998–2002-ci illərdə Ukraynanın Polşa Respublikasındakı səfirliyinin üçüncü və ikinci katibi olub.

2003–2004-cü illərdə MDB-nin Birinci Ərazi İdarəsinin Dövlət Başçıları Şurasında Ukraynanın sədrliyini təmin edən katibliyin katibi, Ukrayna Xarici İşlər Nazirinin birinci müavininin katibliyinin Ukrayna Ali Radası ilə əlaqələr üzrə rəhbəri işləyib.

2004–2008-ci illərdə Ukraynanın Krakovdakı Baş Konsulluğunun konsulu olub.[2]

2008–2011-ci illərdə Konsulluq Xidməti Departamentinin Seçicilərinin Dövlət Reyestrində müşavir, şöbə müdiri vəzifəsinin icraçısı, Konsulluq Xidməti Departamentinin Təhlil və Planlaşdırma şöbəsinin müdiri işləyib.

2011–2012-ci illərdə Ukraynanın Lyublin (Polşa) şəhərindəki baş konsulu olub.

2012–2014-cü illərdə Ukraynanın Polşa Respublikasındakı səfirliyinin müşaviri-elçisi, 2014-cü ildə Ukraynanın Polşa Respublikasındakı müvəqqəti işlər üzrə vəkili işləyib.

2018-ci ildə Ukrayna Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar şöbəsinin direktoru vəzifəsində çalışıb.

27 fevral 2019-cu ildən Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiridir.[3] O, etimadnaməsini 2019-cu il mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.[4]

  1. İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Arxivləşdirilib 2019-05-18 at the Wayback Machine. president.az, 17.05.2019
  2. "Міжнародна організація з міграції (МОМ)" (ukrayna). 5 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2014.
  3. "УКАЗ ПРЕЗИДЕНТА УКРАЇНИ № 45/2019 Про призначення В.Каневського Надзвичайним і Повноважним Послом України в Азербайджанській Республіці". 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
  4. Ilham Aliyev received credentials of incoming Ukrainian ambassador. 17 may 2019 // Official website of the President of the Republic of Azerbaijan.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]