Volfqanq Maniq (1958[1]) — Almaniyalı diplomat. 2019-cu ilin iyul ayından Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri kimi çalışır.[2][3]
Volfqanq Maniq | |
---|---|
alm. Wolfgang Manig | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1958[1] |
Fəaliyyəti | hüquqşünas, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Maniq Erlanqen, Lozan və Münhen şəhərlərində hüquq təhsili alıb və 1987-ci ildə öz təhsilini 2-ci dövlət imtahanı ilə başa vurur. 1993-cü ildə isə Bilefeld Universitetində doktorluq dərəcəsi əldə edir.
Diplomatik fəaliyyətə 1987-ci ildə başlamışdır. Avropa Birliyinin ictimai hüquq məsələləri şöbəsində çalışdıqdan sonra, onun ilk xarici təyinatı 1989–1992-ci illərdə İslamabaddakı (Pakistan) Alman Səfirliyinə olmuşdur. 1994-cü ildən 1996-cı ilə kimi Brüseldə NATO baş katibinin idarəsində işləmişdir. 1996–1998-ci illərdə Maniq Riqadakı (Latviya) Alman Səfirliyində daimi müvəkkil vəsifəsində fəaliyyət göstərmişdir. 1998-ci ildə Federal Xarici İşlər Nazirliyinin NATO şöbəsində çalışmış, 1998-ci ildən isə Xarici İşlər Nazirliyində Miqrasiya və Sığınacaq şöbəsində müdir müavini vəzifəsini icra etmişdir. Sözügedən vəzifəsindən irəli gələrək o, viza məsələləri ilə əlaqədar Viza istintaq komitəsinin məşvərətçi kimi də fəaliyyət göstərmişdir.[4] 2003-cü ildən 2005-ci ilə kimi Haaqada (Niderland) olan Alman Səfirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik etmiş, 2005-ci ildən 2007-ci ilə kimi isə o, Nigeriyadakı Alman Səfirliyində daimi müvəkkil vəzifəsində fəaliyyət göstərmişdir. Bundan sonra Xarici İşlər Nazirliyinin Beynəlxalq Enerji Siyasəti şöbəsində işləmiş, 2008-ci ildən 2012-ci ilə kimi Afrika Siyasəti şöbəsinə rəhbərlik etmişdir.
2013-cü ilin yanvar ayından 2016-cı ilin iyul ayına kimi Maniq Almaniya Federativ Respublikasının Konqo Demokratik Respublikasındakı səfiri vəzifəsini icra edir. 2016-cı ilin Avqustundan 2019-cu ilin iyun ayına kimi Hanoidəki (Vyetnam) Alman Səfirliyində səfirin daimi müvəkkili eləcə də Konsulluq və İqtisadiyyat şöbənin rəhbəri vəzifələrində işləmişdir.[5][6] 2019-cu ilin iyul ayından Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri kimi çalışır.[2][3]
Evlidir və iki uşağı var.