Volqa sıfı

Volqa sıfı (lat. Sander volgensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü.

Volqa sıfı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Növ:
Volqa sıfı
Beynəlxalq elmi adı

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Bel üzgəcləri sıfdakıdan daha hündürdədir və bir-birinə toxunur. Yanları pulcuqla örtülüdür. Köpək dişləri yoxdur. Bədəni rəngi daha açıqdır. Tünd köndələn zolaqlar daha kəskin seçilir.

Xəzər, Azov və Qara dəniz hövzələri çaylarının orta və aşağı axarlarında, əsas su anbarlarında yayılmışdır. Volqada və onun delta hissəsində çoxsaylıdır. Uralda, Terekdə, Sulakda və Samurda azdır, Kürdə yoxdur. Təcrübəli balıqçıların məlumatına görə Azərbaycanın şimal şirinləşmiş sularında tək-tük hallarda tutulur.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Volqa çayının aşağlarında yaşayan yarımkeçici, Volqoqrad və Kuybışev su anbarlarında yaşayan oturaq formaları vardır. İstisevən balıqdır. Çayların nisbətən dərin, qumlu yerlərində daha çox olur. Bu kiçik balıq plankton orqanizmləri və xırda balıqlarla qidalanır. Körpələri xərçəngkimilərlə, ancaq yaşlıları xırda balıqları qidalanır.

3–4 yaşlarında, uzunluğu 20 sm olduqda cinsiyyət yetkinliyinə çatır. Kürüsünü aprel-may aylarında tökür. Kürü nohurların axar sularında qoyulur. Körpələr çaylarda yemlənir. Böyüməsi və yaş tərkibi öyrənilməyib. Cinsiyetkin fərdlərin bədənin uzunluğu 18–30 sm, orta kütləsi 200-250 q olur.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Volqa sıfı balığının vətəgə əhəmiyyəti çox deyil. Ehtiyatları da böyük deyil.