Volvoksidlər dəstəsi (lat. Volvoxida) — protozoylar tipinə aid olan dəstə.
Volvoksidlər | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Tək yaşayan yaşıl və ya rəngsiz qamçılılardır. Bədən forması girdə, ovalvari, uzunsov, ellipsvarı, olur. Eyni uzunluqda olan qamçıların sayı 2 və ya 4 olur. Onlar bədənin ön ucunda — pellikulanın azacıq qalınlaşıb papilla əmələ gətirdiyi yerdən başlanır. Pellikulası qalındır. Stiqma bədənin ön ucunda yerləşir. Rəngsiz növlərdə stiqma və xloroplastlardan məhrumdur. Qamçıların əsasında iki yiğılıb-açılan vakuol yerləşir.[1] Ehtiyat – maddəsi nişastadır. Nüvə girdədir. Hüceyrənin mərkəzində yerləşir. Çoxalması aqam yolladır. İzoqamiya və ya anizoqamiya formasında cinsi prosesi də məlumdur. Avtotrof və ya saprofitdir. Üzvi maddələrlə zəngin olan şirinsu hövzələrində yaşayır. Suyun təmizlənməsində və durulaşmasında iştirak edirlər. 250 növü məlumdur. Azərbaycanda Chlamydomonadidae fəsiləsinə daxil olan Polytoma cinsinin nümayəndələri tapılmışdır.[2]
Azərbaycanın heyvanlar aləmi . I cild . Birhüceyrəlilər və çoxhüceyrəlilər (buğumayaqlılar və xordalılardan başqa). – Bakı, Elm. 2002 . – 268 s.