Volvulus (az. Bağırsaq çevrilməsi) (lat.volvere – çevrilmə deməkdir) — tibbi dildə həzm traktının xüsusilə bağırsaqların hər hansı bir nahiyəsinin çöz (müsariqə) oxu ətrafında burulması, dolaşması ya çevrilməsi. Bu patoloji bir hal olub, nəticə etibailə həzm traktının müvafiq hissəsinin qan təchizatının pozulması, işemiya və qanqrenası baş verir.
Ultrasəs müayinəsində genişlənmiş mədə ya onikibarmaq bağırsaq və bağırsaq ilgəklərinin vizualizə olunması şübhəli volvulus diaqnozunu qoymağa və təcili laparotomiyaya əsas verir.