Yoğun bağırsaq ya arxa bağırsaq — lat. intestinum crassum 1,5 metr uzunluğunda olub, üç hissəyə bölünür:
Yoğun bağırsaq | |
---|---|
| |
| |
Latınca | Intestinum crassum |
Qrey | subyekt 249 1177 |
Sistem | Həzm |
Arteriya | Yuxarı, aşağı çöz və qalça arteriyaları |
Limfa | Aşağı çöz limfa düyünləri |
Dorlands/Elsevier | Large intestine |
Vikianbarda əlaqəli mediafayllar |
Zahiri şəkli uzun konusa bənzəyir və eni yuxarıda 7 və aşağıda 4 sm-ə çatır. Yoğun bağırsaq xaricində olan zolaqlar — lat. teniae coli, çömçələr — lat. haustra coli, köndələn şırımlar — lat. sulci transversi və piy artımları (çıxıntıları) — lat. appendices epiploicae vasitəsilə nazik bağırsaqdan ayrılır. Yoğun bağırsaq insanın və çox heyvanların həzm traktının sonuncu hissəsidir. O bağırsağın bir hissəsidi, nazik bağırsaqdan sonra başlayır və anal kanalla bitir.