Vought-Sikorsky VS-300

Vought-Sikorsky VS-300 (və ya S-46 ) — İqor Sikorskiy tərəfindən hazırlanmış tək mühərrikli Amerika istehsalı bir helikopterdir. Əvvəlcə 75 at güclü (56 kVt) mühərriklə təchiz edilmiş üç bıçaqlı bir rotoru var idi. VS-300-ün ilk uçuşu 14 sentyabr 1939-cu ildə yerə bağlanmış kabellərlə, ilk “sərbəst” uçuşu 1940-cı il mayın 13-də baş tutdu. VS-300, ABŞ-da yeganə qaldırıcı rotor istifadə edən və antitor üçün tək şaquli təyyarə quyruq rotor konfiqurasiyasından istifadə edən ilk uğurlu helikopterdir. Üzən əlavələr quraşdırıldıqdan sonra ilk praktik amfibiya vertolyotuna çevrildi idi.

Vought-Sikorsky VS-300
Tipi Sınaq helikopteri
Hazırlayan Sikorsky Aircraft Company
İstehsalçı Vought-Sikorsky
Baş konstruktor İqor Sikorskiy
İlk uçuş 14 sentyabr 1939
İstismara verilmə tarixi 1941
İstimarının bitmə tarixi 1943
Buraxılış sayı 1
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dizayn və inkişafı

[redaktə | mənbəni redaktə et]
VS-300-ün ilk uçuşlarından biri

İqor Sikorskinin praktik helikopter axtarışları Birləşmiş Aviasiya Korporasiyasının (United Aircraft Corporation) Vought-Sikorsky bölməsinin Mühəndislik müdiri olduğu dövrdə Birləşmiş Aviasiya rəhbərlərini fırlanan qanadlı vasitələrin uçuş problemləri ilə əlaqədar illərlə davam etmiş işlərinin və tədqiqatlarının bir irəliləməyə səbəb olacağını söyləyərək onları inandıra bilməsi ilə başladı. İlk eksperimental vasitəsi VS-300, Sikorsky tərəfindən 14 sentyabr 1939-cu ildə yerə bağlanmış kabellərlə sınaqdan keçirildi. Sikorsky, dönər qanad uçuşu konsepsiyasını inkişaf etdirərkən həm əsas rotor, həm də quyruq rotoru sistemlərini gücləndirmək üçün tək mühərrik istifadə edən ilk şirkət idi. VS-300-ün sonrakı uçuşları üçün Sikorsky, torka qarşı kömək etmək üçün quyruq ucuna şaquli qanadlı profil səthini əlavə etdi, lakin nəticəsiz qaldığı sübut edildikdən sonra onu çıxardı.

Dairəvi nəzarətin mükəmməlləşdirilməsinin çətin olduğu aşkar edildi və Sikorskinin döngənin kilidlənməsi və quyruq gövdəsinin hər iki tərəfinə iki kiçik şaquli ox formasında qaldırıcı rotor əlavə etməsinə səbəb oldu. Ön və arxa hissələrin nəzarəti bu rotorların pərdəsini eyni vaxtda dəyişdirməklə əldə edildi.

Əməliyyat tarixi

[redaktə | mənbəni redaktə et]

Sikorsky VS-300-də şamandıralar (duba da adlanır) quraşdırdı və 17 aprel 1941-ci ildə su səthinə enməqalxma həyata keçirdi və ilk praktiki amfibiya helikopteri oldu. 6 may 1941-ci ildə VS-300 havada 1 saat 32 dəqiqə 26.1 saniyə qalmaqla Focke-Wulf Fw 61 modelinin ən uzun müddət havada qalmaq rekordunu qıra bildi.

VS-300-ün son variantı 150 at gücündə Franklin mühərriki ilə təchiz edilmişdir. VS-300, yük daşıyan ilk vertolyotlardan biri idi. VS-300, iki şaquli quyruq rotorunun çıxarılması da daxil olmaqla, 1941-ci ilə qədər iki il ərzində müxtəlif dəyişikliklərə məruz qaldı.

Hal-hazırda mövcud olan təyyarələr

[redaktə | mənbəni redaktə et]

VS-300 1943-cü ildə Michigan Dearborndakı Henry Ford Muzeyinə gətirildi. 1985-ci ildə bərpa üçün Sikorsky Təyyarə fabrikinə qaytarıldığı istisna olmaqla, o dövrdən bəri muzeydə nümayiş olunur.

Xüsusiyyətləri(VS-300)

[redaktə | mənbəni redaktə et]

Ümumi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: Bir nəfər
  • Uzunluğu: 28 ft ()
  • Qanad enliliyi: ()
  • Hündürlüyü: 10 ft ()
  • Yüklənmiş çəkisi: 1150 lb ()