Vrana (xorv. Vransko jezero) — Xorvatiyanın Cres adasında göl. Göl adanın mərkəzində, Cres şəhərindən 12 km cəbda yerləşir. Primorsko-Qoranska jupaniyasının ərazisinə aiddir və regionun önəmli içməli su mənbəyi hesab olunur. Göl əsas atmosfer yağıntıları ilə qidalanır[1].
Vrana gölü | |
---|---|
xorv. Vransko jezero | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 16 m |
Eni | 1,5 km |
Uzunluğu | 7 km |
Sahəsi | 5,8 km² |
Həcmi | 0,2 km³ |
Dərin yeri | 74 m |
Yerləşməsi | |
44°51′18″ şm. e. 14°23′07″ ş. u. | |
Ölkə | Xorvatiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gölün sahəsi — 5,8 km², uzunluğu — 7 km, eni isə 1,5 km-dir. Vrana gölü sahəsinə görə Xorvatiyanın altıncı, həcminə görə isə üçüncü böyük təbii gölüdür. Ən dərin yeri — 74 metrdir[2]. Cres adasında olan göllərin içində ən dərin göldür[3]. Göl səthinin dəniz səviyyəsindən hündürlüyü — 16 metr olsa da, mövsümlə əlaqadər yarım metr arasında dəyişə bilir. Forması oval şəkilli olub şimaldan cənuba doğru dartılmış formadadır. Göl çox da hündür olmayan təpəliklərlə əhatələnib. Ən yüksək olanları Elimo (483 m) və Perskradır (429 m).
Vrana gölü geoloji baxımdan ərazidə olan kriptodepressiyanın su ilə dolması nəticəsində meydana gəlmişdir. Gölün ən dərin yeri dəniz səviyyəsindən 58 metr aşağıda yerləşir.
Vrana gölünün faunasında daha çox durna, karp və lil balıqları üstünlük təşkil edir.
Şirin su baxımdan kasıb olan region üçün Vrana gölü çox böyük önəm kəsb edir. 200 milyon m³-lik şirin su ehtiyatına malik olan göldən 1953-cü ildə Cres şəhərinə su xətti çəkilmişdir[4]. On il sonra qonşu adalara da su xətti çəkilmişdir. Göl suyu təmiz olduğu üçün heç bir təmizləmə işləri aparılmır. Ərazinin təmizliyinə ciddi nəzarət edilir, heç bir kənd təsərrüfatı fəaliyyətinə icazə verilmir. Göl ətrafında və göldə istirahət qadağandır.