Vulqata

Vulqata (latın dilində versio vulgata – populyar versiya) — Stridonlu Hiyeronimus (İyeronim) (340–420) tərəfindən yerinə yetirilən Bibliya tərcüməsidir.

Vulqata
Müəllif Yeronim Stridonlu
Orijinalın dili latın dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ondan öncə Romada istifadə olunan Bibliya tərcüməsinin nöqsanlarına görə Roma Yepiskopu Damasus Bibliyanın latın dilinə tərcüməsini redaktə etməyi öz katibi Hiyeronimusa tapşırıb. Hiyeronimus öz dövrünün ən savadlı adamlarından biri idi, yunan və latın dil və ədəbiyyatlarını əla bilirdi. Redaktə ilə kifayətlənməyərək, yeni tərcüməyə başlayıb. Damasus vəfat edəndən sonra Hiyeronimus Fələstinə köçərək ibrani dilini öyrənməyə başlayıb. 382-ci ildən 402-ci ilə qədər Əhdi-ƏtiqiƏhdi-Cədidi orijinal dillərdən tərcümə etməklə məşğul olub.

Hiyeronimusun tərcüməsi sonradan "Vulqata", yəni "populyar versiya" adlandırılıb. Roma klassik ədəbiyyatını əla bilən Hiyeronimus Bibliya tərcüməsinə də latın nəsrinin lakonik gözəlliyini qazandıra bilmişdir.

Lakin VII əsrə kimi Vulqataya münasibət heç o qədər də müsbət deyil idi. Sevilli İsidorusun (570–636) dövründən sonra Vulqatanın avtoriteti möhkəmlənmişdir. Roma katolik kilsəsi Trento kilsə məclisində (1546) Vulqatanı katoliklərin rəsmi Bibliya versiyası olaraq təsdiq etmişdir.

  • Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə (ilk çağlar). IV–V əsrlərdə kilsə ataları http://alizadeh.narod.ru/kitablar/Xristianliq/6.1.html
  • Мень А. протоиерей "Библиологический словарь в 3-х т.". Москва: Фонд имени Александра Меня, 2002. "Вульгата", "Иероним Стридонский"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]