Stridonlu İyeronim

Eusébios Sofrónius İyerónim (lat. Eusebius Sophronius Hieronymus; yun. Εὐσέβιος Σωφρόνιος Ἱερώνυμος; təq. 345[1], Dalmatiya[2]təq. 30 sentyabr 420 və ya 419[3], Beytləhm, Palestina Prima[2]) — latın atalarından ən tanınmış kilsə atalarından biri, kilsə yazarı, Müqəddəs kitabın latın dilinə çevirəni, rahibi. Həm Katolik, həm də Ortodoks kilsəsinin müqəddəsidir.

İyeronim Stridonlu
lat. Eusebius Sophronius Hieronymus
Rütbə Rahib
Doğum tarixi
Doğum yeri Stridon, Dalmatiya, Roma imperiyası
Vəfat tarixi
Vəfat yeri Beytlehem, Yəhudiyyə, Bizans imperiyası
Qeyd edilir Roma-Katolik kilsəsi
Lüteran kilsəsi
Qərb ortodoks kilsəsi, Anqlikan kilsəsi
Əsas məbədi Müqəddəs Məryam məbədi, Roma
Xatirə günü Ortodoks kilsələrində 15 (28) iyun, Katolik kilsəsində 30 sentyabr
Himayədar tərcüməçilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian rahibliyi  • İsihazm

Stridon şəhərində anadan olmuşdur. Öz təhsilini Romada almışdır və orada da 366-cı ildə Xristianlığı qəbul etmişdir. 382–385-ci illərdə İyeronim papa Damasusun katibi olmuşdur.

Yeronim öz dövrünün ən savadlı adamlarından biri idi. O, 180-dən çox əsərin yazarı olmuşdur. Bir çox Biblinın kitablarına şərhlər yazmışdır. Əksər hallarda o, təvilləri, alleqoriyaları rədd edərək Müqəddəs Kitabı hərfi mənada izah edirdi.

İyeronim ən böyük işi onun tərəfindən Əhdi-Ətiqin qədim yəhudi dilindən latın dilinə tərcüməsi və onun redaktə edilməsi olmuşdur. Tərcümə zamanı o Əhdi-Ətiqin "Septuaginta" adlanan yunan dilinə tərcüməsindən də istifadə etmişdir. Eyni zamanda o Əhdi-Cədidi də yunancadan latıncaya çevirmişdir. Bu tərcümlər bir yerə yığılıb "Vulqata" adlandırılmış və Trident kilsə məclisi tərəfindən (1545 ildə) Müqəddəs kitab kimi qəbul edilmişdir. Bundan sonra Roma imperiyasının qərbində Bibliyanın yunan tərcümələrinə ehtiyac qalmamışdı və kilsə dili latın olmuşdur.

Katolik kilsəsində Yeronim tərcüməçilərin himayəçisidir. Onun ölüm günü 30 sentyabr Beynalxalq tərcüməçilər federasiyası tərəfindən 1991-ci ildən başlayaraq Ümumdünya tərcüməçilərin günü kimi qeyd olunur.

  • Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 103-104. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
  1. Bibliothèque nationale de France Record #119074986 // BnF catalogue général (fr.). Paris: BnF.
  2. 1 2 Catalog of the German National Library (alm.).
  3. BeWeB.