Vyetnam müharibəsində Çin Respublikası — 1955–1975-ci illərdə baş tutan Vyetnam müharibəsi zamanı "Tayvan" kimi tanınan Çin Respublikasının iştirakı. Tayvan müharibə vaxtı Cənubi Vyetnamı (Vyetnam Respublikası) dəstəkləmişdi. Hər ikisi rəqib kommunist rejimlərinə, Çin Xalq Respublikasına və Şimali Vyetnama (Vyetnam Demokratik Respublikası) qarşı mübarizə aparan antikommunist Asiya dövlətləri idi.
Vyetnam müharibəsində Çin Respublikası | |
---|---|
1967-ci ilin noyabr ayından etibarən Tayvan ABŞ və VRO-ya kömək etmək üçün gizli şəkildə yük daşıma dəstəsini idarə etmişdi. Bu, Tayvan Hərbi Hava Qüvvələrinin 34-cü eskadronunun mövcud formalaşmasına əsaslanırdı. Hərbi hissəsinin gücünə iki yük təyyarəsi, yeddi uçuş zabiti və iki mexaniki daxil idi, lakin daha çox hərbi personal rotasiya ilə cəlb edilmişdir.[1]
Tayvan adası ABŞ hərbi qulluqçuları üçün populyar R&R yeri idi.[2]