Vyetnam müharibəsində Tailand

Vyetnam müharibəsində Tailand — 1955–1975-ci illərdə baş tutan Vyetnam müharibəsi zamanı Tailand krallığının iştirakı. Tailand o dövrdə hərbi diktator feldmarşal Tanom Kittikaçon rəhbərliyi altında Vyetnam müharibəsində fəal rol oynamışdı. Tailand ABŞCənubi Koreyadan sonra Cənubi Vyetnama quru qüvvələrinin üçüncü ən böyük təchizatçısı idi.[1]

Vyetnam müharibəsində Tailand
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tailanda yaxın olması səbəbindən Vyetnamda baş tutan münaqişələr Banqkok tərəfindən yaxından izlənilirdi. Tailandın iştirakı 1963-cü ildə ABŞ-nin Cənubi Vyetnamı dəstəkləməkdə tam iştirakına qədər rəsmiləşməmişdi. Tailand hökuməti daha sonra Tailandda Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinə öz hava və dəniz bazalarından istifadə etməyə icazə vermişdi. Müharibənin qızğın vaxtında Tailandda, əsasən, hava qüvvələri olmaqla, təxminən 50,000 Amerika hərbi qulluqçusu yerləşdirilmişdi.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Albert Lau. Southeast Asia and the Cold War. Routledge. 2012. səh. 190. ISBN 978-0-415-68450-7.
  2. Ruth, Richard A. "Why Thailand Takes Pride in the Vietnam War" (Editorial). New York Times. 7 November 2017. 7 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2017.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]