Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı (ing. U. S. Military Assistance Command, Vietnam), VHYTK və ya MACV — Vyetnam müharibəsi zamanı mövcud olan və bütün ABŞ qoşunlarına rəhbərlik edən ABŞ Müdafiə Departamentinin nəzdində birgə qərargah strukturu. Əvvəlcə VHYTK yalnız Cənubi Vyetnama hərbi yardımın göstərilməsinə nəzarət edən Vyetnamda Hərbi Yardım Təminatı Məsləhət Qrupunun köməkçi təşkilatı hesab olunurdu.[1]
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı | |
---|---|
Ölkə | |
Qərargah | |
Vikianbarda əlaqəli mediafayllar |
Komandanlıq 8 fevral 1962-ci ildə ABŞ-nin Cənubi Vyetnama göstərdiyi hərbi yardımın həcminin genişləndirilməsi ilə əlaqədar yaradılmışdır. 15 may 1964-cü ildə artıq çox böyük olan məsləhət qrupu VHYTK-yə daxil edilmişdir. 29 mart 1973-cü ildə VHYTK ləğv edilmişdir. Onun əvəzinə bir sıra VHYTK funksiyalarını (Paris sülh sazişinə əsasən qoyulmuş məhdudiyyətlər ilə) özündə saxlayan və Sayqonun süqutuna qədər fəaliyyət göstərən Sayqon müdafiə attaşe ofisi fəaliyyət göstərmişdir.