Walmart Inc - (əvvəllər Wal-Mart Mağazalar, Inc adı altında) hipermarketləri fəaliyyət göstərən Amerikada yaranmış çoxmillətli pərakəndə ticarət təşkilatıdır. Baş ofisləri və qərargahı Bentonville, Arkanzas ştatında yerləşən bu şirkət 1962-ci ildə Sam Walton tərəfindən 31 oktyabr 1969-cu ildə təsis edilib. Həmçinin Sam's Club Pərakəndə Anbar şirkətinə də sahibdir. 31 Yanvar 2019-cu il tarixində verilən məlumatlara görə Walmart supermarketlər şəbəkəsi, ümumilikdə 27 ölkədə fəaliyyət göstərməklə - 11348 mağazası vardır. Həmçinin müxtəlif ölkələrdə 21 ad altında fəaliyyət göstərir. Şirkət ABŞ və Kanadada Walmart adı altında, Meksika və Mərkəzi Amerikada Walmart de México y Centroamérica, Birləşmiş Krallıqda ASDA, Yaponiyada Seiyu Qrupu və Hindistanda Best Price adı altında fəaliyyət göstərir. Artıq Argentina, Çili, Kanada və Cənubi Afrikada əməliyyatları tamamilə idarə edir. 2018-ci ilin avqust ayından etibarən isə Walmart marketlər şəbəkəsi, Cənubi Amerikada fəaliyyət göstərən Walmart Braziliya şirkətinin səhmlərinin az hissəsini tutur.
Walmart | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | ictimai şirkət |
Sənaye | pərakəndə |
Məhsulu | supermarket[d] |
Təsis tarixi | 2 İyul 1962 |
İqtisadi göstəriciləri | |
Ümumi kapital | ▲ 74.66 milyard US$ (2020) |
Ümumi aktivlər | ▲ 236.49 milyard US$ (2020) |
Ümumi gəliri | ▲ 523.96 milyard US$ (2020) |
Xalis mənfəəti | ▲ 14.88 milyard US$ (2020) |
Əməliyyat mənfəəti | ▲ 20.56 milyard US$ (2020) |
Struktur | |
İşçi sayı | 2.2 milyon (2018) |
Rəhbərlik | |
Təsisçi | Sam Walton |
walmart.com | |
Vikianbarda əlaqəli mediafayllar |
2018-ci ildə Fortune Global 500 siyahısına görə dünyada ən böyük fərdi işəgötürən və 2,3 milyon işçisi olan Walmart, 500 milyard ABŞ dolları gəlirlə dünyanın ən böyük şirkətidir. Şirkət Walton ailəsi tərəfindən idarə olunduğu üçün ictimaiyyətə satılan ailənin sahib olduğu bir işdir. Sam Waltonın vərəsələri Walmart şirkətinin holdinq şirkəti Walton Enterprises vasitəsilə və onların fərdi holdinqləri vasitəsilə yüzdə 50-dən çoxuna sahibdirlər. Walmart 2019-cu ildə ABŞ-nin ən böyük pərakəndə marketeri idi və Walmart ABŞ-nin 510.329 milyard dollarlıq satışının 65 faizini təşkil edirdi.
Şirkət 1972-ci ildə Nyu-York Fond Birjasında siyahıya alınmışdır. 1988-ci ildə Walmart ABŞ-də ən gəlirli şirkət idi və 1989-cu ilin oktyabrına kimi gəliri baxımından ən böyük həcminə çatıb.
Wal Mart, adını qurucusu olan Sam Waltonun qısaltmasından götürür.1950-ci ildə Arkansasa bağlı kiçik bir qəsəbə olan Bentonvilledə Dime & Nickle Store adlı kiçik bir dükan sahibi olan Sam Walton, ilk böyük mağazası olan Wal Martı 1962-ci ildə Arxansasan şəhər mərkəzində açdı. (Bu gün bu mağaza, firmanın yeni yerinin yanında, muzey olaraq qalmışdır.) 10 il sonra 1972-ci ildə Wal Mart, özünə böyüyə bilməsi üçün daha böyük pullar qazandıracaq olan birjaya girdi. Əsl böyümə 1987-ci ildə Hypermarket adını verdiyi, ilkindən 10 dəfə daha böyük olan nəhəng süpermarketə daşınmasıyla başladı.1991-ci ildə Meksikanın Polanco şəhərində ilk şöbəsini açdı. Rəqibi olan Tesco İngiltərədə bazarı ələ keçirərkən, Wal Mart da Meksikada pərakəndə satan mağazalar mövzusunda iqtisadiyyata hakim oldu. Wal Martın 2006-cı ildə Almaniyaya yayılma səyləri nəticə vermədi və şirkətin binaları Metro Groupa satıldı.
Walmart dünya tarixinin gəlmiş keçmiş ən böyük və ən güclü şirkəti olmasına baxmayaraq Azərbaycanda çox az tanınır. Ya insanlar bu nəhəngin adını heç eşitməmiş olurlar, ya da, Walmartı sadəcə bir pərakəndə zənciri zənn edirlər.Walmart haqqında Azərbaycanda çox az məlumat olmasının səbəblərindən bir dənəsi də bu "sirr saxlama" məqsədli şirkət siyasəti ola bilər.
Walmart şirkətinin gücü vəgəliri. Walmartın 2005-ci ildəki gəliri 316 milyard ABŞ dolları olmuşdur. Walmartın 2004-cü və 2005-ci illər arasında əldə etmiş olduğu iki illik böyümə gəliri, Targetin cəmi gəlirinə bərabərdir. Yəni Walmartın, 2004 elə 2005 illəri içində mövcud olan gəlirinin üzərinə əlavə etmiş olduğu "yeni" əlavə gəlir, Targetin cəmi gəliri qədərdir. İki milyon çalışanıyla tarixin ən böyük şirkəti olan Walmartın 2010-cu il gəlir hədəfi yarım trilyon dollar.
Bu gün üçün dünyada ən çox danışılan mövzu olan, istehsalın və satın almanın Çin Xalq Respublikasına "outsource" edilməsi fəaliyyətini gerçək mənada başlatmış olan şirkət Walmart. Bir başqa deyişlə, Walmartın nəhəng ölçülərdəki Çin satın almaları, həm Çinli təşəbbüskarların iştahını qabardan ən əhəmiyyətli ünsür olur, həm də dünyadakı digər bütün firmaların bu ölkədən tədarük yolunu seçmələrinə nümunə təşkil edir. Və nəticədə Çin iqtisadiyyatı, dünyanın (və bizim) başımıza ən böyük çətinliklərdən biri olaraq çıxır. Walmart şirkətinin Çindən etmiş olduğu idxalat rəqəmlərinə bir baxın. Şirkət, 1999-cu ildə Çindən ABŞa 3 milyard dollar dəyərində mal idxal edir. Bu rəqəm bir il sonra, yəni 2000-ci ildə 3,7 milyard dollara yüksəlir. 2001-ci il idxalat rəqəmi 10 milyard dollar. 2003-cü ildə Walmartın Çindən ABŞ-ya etmiş olduğu idxalat inanılmaz dərəcədə artıb 15 milyard dollara yüksəlir. 2004-cü ildə isə tam 18 milyard dollarlıq idxalat edir. Üstəlik bu rəqəmlər şirkətin yalnız ABŞ-ya etmiş olduğu idxalat rəqəmləri. İngiltərə, Almaniya, Meksika və Yaponiyada da fəaliyyətləri olduğunu düşünsəniz, Walmartın Çindən etmiş olduğu idxalatın ölçülərinin çox daha yüksək olacağını təxmində çətinlik çəkmərsiniz. Şirkətin 2004-cü ildə Çindən ABŞ-ya etmiş olduğu idxalat, ABŞ ölkəsinin Çindən eyni il etmiş olduğu cəmi idxalatın yüzdə 10-undan daha çox. Yəni Walmart, ABŞ-nin xarici ticarət tarazlığında idxalatın tək başına yüzdə 10-luq payını meydana gətirəcək qədər güclü.Yenə eyni rəqəmlərə söykənərək, şirkətin müqayisəli gücünü göstərməyə davam edək. Avropanın nəhəng market zəncirləriylə müqayisə edildiyində, Carrefourun 2003-cü ildə Çindən yalnız 2 milyard dollarlıq idxalat etdiyini, İngiltərənin B&Q adlı şirkətinin 1,3 milyard dollar və Yaponiyanın Ito-Tokado zəncirinin yalnız 1,5 milyard dollarlıq idxalat etdiyini görürük.
Walmart, dünyanın ən güclü ‘pərakəndə' şirkəti deyil: Dünyanın ən güclü şirkətidir. Amerikan iqtisadiyyatında 1995 ilə 1996-cı illər arasında təmin edilmiş olan cəmi milli məhsuldarlıq artımının yüzdə 4-ünü tək başına Walmart təmin etmişdir.
1998-ci illə 2001-ci illər arasında Amerikadakı inflyasiya, olduqca mülayim sayıla biləcək səviyyədə reallaşmış. Məsələn 1998-ci ildə 10,00 dollar məbləğindəki bir məhsulun qiyməti 2001-ci ildə 10,87 dollar olmuş. Yeməklərdə də 1998-ci ildə 10,00 dollar olan ortalama qiymət 2001-ci ildə 10,77 dollara yüksəlmiş.Dövr içində inflyasiya nisbəti (CPI) yüzdə 2,5 olaraq cərəyan etmiş. İndi, bu əlbəttə çox kiçik bir rəqəm. Ancaq İstehlakçı Qiymət İndeksinin (CPI) bu hesablamasında belə yüzdə 15-lik bir səhv payı tapıldığı bilinir. Bu səhv payı düşüldüyündə, qidadakı inflyasiya nisbəti illik 2.125 olur. Yəni əslində 1998-ci ildə 10,00 dollar olan yeməklərin qiyməti, 2001-ci ildə 10,65 dollar olmuş.
Birincisi və ən önəmli amil, şirkətin " Hər zaman aşağı qiymət, Həmişə!" prinsipinə sadiq qalmasıdır.O öz missiyasını "Ümumdünya həyat tərzinin qiymətini aşağı endirmək" kimi qarşısına qoymuşdur. Bu prinsipi müştərilərə çatdırmaq üçün şirkət, onları diqqətlə dinləyir, qayğısına qalır, öz çalışanları ila tərafdaş kimi rəftar edir və qiymətlərə ciddi nəzarət edir. Walmart müştəriləri razı salan müxtəlif növ xidmətlər göstərir. Hər bir dükanin girişində "Keyfiyyətə tam zəmanət verilir" işarəsi asılmlşdır. "Walmart-ın məqsədi: Sırada hər zaman növbəti şaxs sizsiniz" adlı digər bir işarə isə dükanların daxilində asılmışdır. Nəhayət,şirkət qiymətləri sərt tədarük yolu ilə aşağı salır.Müştərilərə mehriban davranan şirkət kimi tanınmasına baxmayaraq, o eyni zamanda təchizatçılardan aşağı qiymətə mal aldığı zaman sərt münasibəti ilə də tanınır.
Wal mart Arxivləşdirilib 2012-03-21 at the Wayback Machine