İvan Vitalyeviç Petunin (rus. Иван Витальевич Петунин , 24 may 1995, Beloreçensk, Krasnodar diyarı – 30 sentyabr 2022, Krasnodar) daha çox Walkie kimi tanınır(keçmişdə Walkie T) — rusiyalı hip-hop ifaçısı və batl-reper. Rusiyada iştirak etdiyi rep-batl sayına görə ilk yeri tutur[1][2].
Walkie | |
---|---|
rus. Иван Витальевич Петунин | |
Ümumi məlumatlar | |
Ləqəbləri | Walkie Tъ, Walkie |
Doğum tarixi | 24 may 1995 |
Doğum yeri | |
Vəfat tarixi | 30 sentyabr 2022 (27 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, müğənni-mahnı yazarı |
Fəaliyyət illəri | 2012–2022 |
Janr | hip-hop[d] |
Vikianbarda əlaqəli mediafayllar |
İvan Petunin 1995-ci il 24 may tarixində dünyaya göz açıb. 14 yaşında Eminem və Tupak Şakurdan ilhamlanaraq rep oxumağa başlayıb. Batl-rep karyerasına 2012-ci ildə Slovo(ru) protekti çərçivəsində başlayıb. 2015-ci ildə hərbi xidmətə yolanıb.
2016-cı ildə ordudan qayıtdıqdan sonra Sankt-Peterburqa köçüb və #SLOVOSPB proyekti tərkibində fəaliyyət göstərməyə başlayıb.[3][4] Rəqibi ilə saxta dava şousu hazırladığına görə protyektdən kənarlaşdırılılmasına baxmayaraq ilk məşhurluğunu qazanıb. 2017-ci ildə Versus(ru) protekti çərçivəsində batllarda iştirak edib.[5][6][7][8]
Walkienin izləyiciləri onun davranışının qəribələşdiyini görməyə başladılar.[9][10] Bundan sonra reperin həyat yoldaşı və anası onu bir ay yarım psixiatriya xəstəxanasına yerləşdirdi. Həkimlər ona şizofreniya və bipolyar pozuntu diaqnozu qoydu. Xəstəxanadan çıxandan sonra həyat yoldaşı İvanı evə aparıb, o isə üçüncü mərtəbədən tullanıb və onurğasını zədələdiyinə görə xəstəxanaya yatırılıb.[3] Bu hadisədən sonra həyat yoldaşı ondan ayrılıb.[3][9] Bu hadisələrdən sonra Walkie "Canavarlar psixiatriya xəstəxanasında" (rus. Волки в психушке)(Walkie və волки eyni səslənir) adlı albom hazırlayıb.
30 sentyabr 2022-ci il tarixində İvan öz telegram kanalında ölüm öncəsi müraciət videosu yayımladı və Rusiyanın Ukraynaya hücumu səbəbindən deprasiyaya düşdüyünü bildirdi. Petunin videoda Ukraynadakı müharibənin əleyhdarı olduğunu və əlinə silah almaq istəmədiyini bildirib:
“Mən əlimə silah ala və tətiyi çəkərək özüm kimi insanları öldürə bilmərəm. Bəzən öz prinsiplərinə görə ölməyi bacarmaq lazımdır” |
Daha sonra çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən tullanaraq intihar edib.[11][12]