Wi-Fi-li diyircəkli qələm

Sky WiFi Smartpen qələmi

Wi-Fi-li diyircəkli qələm - mexaniki yazını şifrələyərək Wi-Fi şəbəkəsi vasitəsi ilə Evernote servizində rəqəmli formaya salan xüsusi konstruksiyalı diyircəkli qələm.

Texini xarakteristikası[redaktə | mənbəni redaktə et]

Livescribe şirkəti tərəfindən hazırlanıb və Sky WiFi Smartpen şərti adını alıb.

Qələm kağız üzərində yazılan və şəkilən istəhilən şəkli qeydə alır, rəqəmli formaya çevirir və telsiz şəbəkə vasitəsi ilə Evernote servizində saxlanılmağa göndərilir.

Qələm Wi-Fi şəbəkəsinə qoşularaq Evernote servizinə inteqrasiya olunur. Qələm istifadəçisi Evernote servizindəki səhifəsinə daxil olaraq etdiyi qeydlərə baxa və səs yazılarına qulaq asa bilər. Smartpen qələmi səsi qələmə qurqşdırılmış mikromikrofon vasitəsi ilə yazır.

Yazıların rəqəmli formaya salınması üçün o xüsusi kağızda yazılmalıdır. Kağız üzərinə xüsusi marker nöqtələr yerləşdirilib. Onlara toxunaraq qələm infraqırmızı kamera vasitəsi ilə fəaliyyət göstərir.

Qələmin özünün klaviaturası yoxdur. Wi-Fi-ya qoşularkən istifadəçi qələmin ucu ilə kağızda çəkilən QWERTY klaviaturasında parol yığır. Belə klaviatura Smartpen komplektinə daxildir. İki qeqabayt yaddaşlı Sky WiFi Smartpen qələmi 170, dörd qeqabayt yaddaşlı 200, səkkiz qeqabayt yaddaşlı qələm 250 ABŞ dollarıdır Evernote pullu xidmətinə bir illik abunə daxildir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2012-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-30.