"Wind of Change" (azərb. Dəyişikliklər küləyi) — "Scorpions" qrupunun vokalçısı Klaus Mayne tərəfindən 1990-cı ildə yazılmış rok ballada. Mahnı SSRİ-dəki yenidənqurmaya və soyuq müharibənin başa çatmasına həsr olunub. İngilis dilində olan mahnı, sonralar qrup tərəfindən rus (rus. Ветер перемен) və ispan (isp. Vientos de cambio) dillərində də ifa olunub.[1][2] Wind of Change qrupun ən məşhur mahnılarından biri hesab olunur.
Wind of Change | ||||
---|---|---|---|---|
Scorpions tərəfindən Crazy World albomunda ifa olunmuş sinql | ||||
B tərəfi | "Tease Me Please Me" | |||
Yayımlanma tarixi | 20 yanvar 1991 | |||
Yazılma tarixi |
1990; Wisseloord Studios (Hilversyum, Niderland) Goodnight LA Studios (Los-Anceles, Kaliforniya) |
|||
Janr | hard rok, rok ballada | |||
Dil | ingilis dili | |||
Müddət | 5:10 | |||
Prodüser | Keyt Olsen | |||
Bəstəkar | Klaus Mayne | |||
Sözlərin müəllifi | Klaus Mayne | |||
Studiya | Mercury Records[d], Vertigo[d] | |||
Scorpions sinqllarının xronologiyası | ||||
|
Kompozisiya Crazy World albomunun tərkibində 1990-cı ildə çıxıb[3] və tezliklə Avropa və Amerika çartlarının zirvəsinə çıxaraq əsl hitə çevrilib.
Mahnı Klaus Mayne tərəfindən yazılıb. O, bildirib ki, mahnını 1988-ci ildə SSRİ-yə ilk səfərindən və 1989-cu ildə keçirilmiş "Moscow Music Peace Festival"ından təsirlənərək yazıb.
Mahnının relizindən bir il əvvəl Berlin divarı uçurulub, tezliklə isə Sovetlər İttifaqı dağılıb, bu səbəbdən "Wind of Change" yenidənqurmanın, soyuq müharibənin bitməsinin və bütün dünyada sülhün himni kimi qəbul edilir,
14 milyondan çox nüsxəsi satılan "Wind of Change" — "bütün zamanların ən çox satılan sinqlları" siyahısında ilk iyirmilikdə yer almaqdaır.[4]
Von Jana-Sophie Brasseler 02.10.09