Windows Server 2008 — Server əsaslı Microsoft Windows əməliyyat sistemlərinin bir versiyasıdır. 4 fevral 2008-ci ildə istehsala buraxıldı və 27 fevral 2008-ci ildə rəsmi olaraq satışa buraxıldı, Windows Server 2003 isə beş il əvvəl buraxılmışdır. Windows Server 2008 R2 adlı ikinci bir versiya 22 iyul 2009-cu ildə istehsal üçün buraxıldı. Windows Server 2008, Windows Vista və Windows 7 kimi Windows 6x üzərində qurulmuşdur.
Windows Server 2008 | |
---|---|
İstehsalçı | Microsoft |
Buraxılış tarixi | 12 dekabr 2008 |
Son versiya |
|
Lisenziya | şərti havayı proqram |
Əvvəlki | Windows Server 2003 |
Növbəti | Windows Server 2008 R2 |
Veb-saytı | microsoft.com/windowsser… |
Vikianbarda əlaqəli mediafayllar |
Əslində Windows Server digər adı "Longhorn" olaraq da bilinir. Microsoft şirkətinin yaradıcısı Bill Geyts, rəsmi adını (Windows Server 2008) 16 may 2007 WinHEC'dəki açılış mərasimində demişdir. 27 iyul 2005 tarixində Beta 1 dərc edilib. 23 may 2006 tarixində WinHEC 2006'da Beta 2 elan edilmiş və Beta 3 xalqa açıq-aşkar bir şəkildə 25 aprel 2007 istifadəyə buraxılmışdır. Buraxılış namizədi 0, 24 sentyabr 2007 tarixində xalqın hamısına nümayiş etdirilmiş və Release namizədi 1 xalqa 5 dekabr 2007 tarixində dərc edilmişdir. Windows Server 2008, 4 fevral 2008 tarixində istehsala başlamışdır. 27 fevral 2008 tarixində isə rəsmən başlamışdır.
14 Yanvar 2020-ci ildə Windows Server 2008 və 2008 R2 dəstəyi bitmişdir və təkmilləşdirilmiş güvənli güncəlləmələrdə 10 Yanvar 2023-cü ildə və eyni zamanda Azure lisenziyası olanlar üçün isə 9 Yanvar 2024-cü ildə bitir ancaq Premium Assurance dəstəyi 13 Yanvar 2026-cı ilə qədər davam edir. Hazırda Windows Server 2008 və 2008 R2 təhlükəsizlik üçün deyil. Onun yerinə Windows Server 2016 vəya yüksək server əməliyyat sisteminə tövsiyə edilir.[1]
Windows Server 2008, Windows Vista ilə eyni kod sisteminə qurulmuşdur. Buna görə hər iki sistemin bir-biri ilə yaxınlıqları var.