Wolt

WoltFinlandiyanın qida və malların çatdırılması platforması ilə tanınan texnologiya şirkəti. Wolt-un proqramlarında (iOS və Android) və ya veb-saytında müştərilər platformanın restoranından və ticarət tərəfdaşlarından ərzaq və məişət əşyaları sifariş edə, sifarişlərini götürə, ya da platformanın kuryerləri tərəfindən məhsulun çatdırılmasını təmin edə bilərlər. Wolt həmçinin Wolt Market adlı öz ərzaq mağazalar şəbəkəsini idarə edir.[1] Şirkətin baş ofisi Helsinkidə yerləşir.[2]

Wolt
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 2014
Baş qərargahın yeri
wolt.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2022-ci ilin may ayında Wolt Amerikan texnologiya şirkəti DoorDash tərəfindən satın alınıb. DoorDash bu gün 29 ölkədə fəaliyyət göstərir, onlardan 25-i Wolt məhsulu və brendi ilədir.[3]

Wolt 2014-cü ildə Slush-un keçmiş baş direktoru Miki Kuusi də daxil olmaqla 6 nəfər tərəfindən təsis edilib. Kuusi, DoorDash-ın Wolt-u satın almasından sonra DoorDash-ın ABŞ-dən kənardakı biznesinə cavabdehdir.[4]

Wolt Financial Times tərəfindən nəşr olunan "FT:1000 Avropanın Ən Sürətli İnkişaf edən Şirkətləri 2020" siyahısında ikinci yeri tutub.[5]

Wolt DoorDash tərəfindən satın alınmamışdan əvvəl ICONIQ Capital, Highland Europe, 83North, EQT Ventures, Tiger Global, DST Global, Prosus, KKR, Coatue, Inventure, Lifeline Ventures, Supercell təsisçisi və CEO-su İlkka Panen, Nokia sədri Risto Siilasmaa və digərləri daxil olmaqla investorlardan 856 milyon dollar vəsait toplayıb.[6]

2021-ci ilin noyabrında Wolt-un səhm mübadiləsi yolu ilə DoorDash-a birləşdirildiyi elan edildi və Wolt səhmdarlarına 8,1 milyard ABŞ dolları dəyərində sövdələşmə üçün DoorDash-da kiçik bir pay verildi. 31 may 2022-ci ildə satınalma tamamlandı.[4]

2023-cü ilin may ayına olan məlumata görə, Wolt Helsinki, Tokio, Təl-ƏvivBerlin daxil olmaqla 25 ölkədə və 300-dən çox şəhərdə fəaliyyət göstərir. Wolt-un 70.000-dən çox ticarət tərəfdaşı, 150.000 kuryer tərəfdaşı və 20 milyon qeydiyyatdan keçmiş müştərisi var.[7] Wolt-un 25 ölkədə yerləşən ofislərində 7000-dən çox işçisi var.[8]

  • 2014: Wolt Finlandiyanın Helsinki şəhərində quruldu.
  • 2015: Wolt ilk olaraq Helsinkidə xidmətə başladı.
  • 2016: Wolt platformaya çatdırılma xidmətini əlavə etdi və İsveç və Estoniyada xidmətə başladı. Wolt, Starship Technologies ilə birlikdə Tallində özünü idarəetmə robotları üzərində təcrübə apardı.
  • 2017: Wolt Danimarka, Latviya və Litvada xidmətə başladı.
  • 2018: Wolt Xorvatiya, Çexiya, Norveç, Macarıstan, Gürcüstan, İsrail və Polşada xidmətə başladı.
  • 2019: Wolt Serbiya, Yunanıstan, Azərbaycan və Slovakiyada xidmətə başladı.

Wolt Bakıda 23 çox populyar restoran ilə işə start verir və həm milli, həm də dünya mətbəxlərinin geniş seçimini təqdim edir. Bununla yanaşı, Wolt şirkəti azərbaycanlılara özəl olaraq xüsusi endirim kuponları da təqdim etmişdir.[9] Wolt kuryer partnyorları ərazidən asılı olaraq yeməkləri velosiped, motosiklet və avtomobil ilə çatdırır. İlkin çatdırılma ərazisi şəhər mərkəzini, Nəsimi, YasamalNərimanov rayonlarını və Xətai metrosunun ətrafını əhatə edir, lakin qısa zamanda şəhərin başqa əraziləri üzrə də çatdırılma imkanları genişləndiriləcək.[10]

" Biz Wolt tətbiqini dolma, düşbərə, kabab və plov kimi yeməklərin vətəninə gətirdiyimizə çox şadıq. Bu ana qədər eşitdiyimiz bütün rəylər çox pozitivdir və biz müştərilərimizi xoşbəxt etmək üçün əlimizdən gələni edəcəyik. Qeyd etmək istərdim ki, hazırda platforma üçün yeni kuryer partnyorların dəvət edilməsi davam edir və işləmək arzusunda olan hər kəs bizə müraciət edə bilər.
— şirkətin ekspansiya üzrə rəhbəri Toni Honkanen

"

Bununla yanaşı, platformanın Azərbaycanda xidmət verməsi digər şirkət qolları vəzifəliləri tərəfindən də müsbət qarşılanmışdır. Şirkətin Gürcüstanda baş meneceri Nataliya Kizanaşvili bildirmişdir:

" Bakının yemək səhnəsi hər kəs üçün sevdiyi bir yemək təklif edə bilər və inanılmaz restoran seçiminə malikdir. Biz dünya səviyyəli yemək çatdırılması tətbiqini Bakıya gətirərək müştərilərə sürət, keyfiyyət və etibarlılıq sahələrində yeni bir xidmət səviyyəsi təqdim etmək istəyirik. "
  1. "Wolt Market Reduces Prices of Nearly 100 Staple Grocery Items by 15% - BBJ". BBJ.hu. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
  2. "Wolt to expand to 15 new communities near Rishon, Rehovot". The Jerusalem Post. 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
  3. Sterling, Toby. "DoorDash sees tepid Q2 for Wolt as it completes $3.5 bln takeover". Reuters. 1 June 2022. 7 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 February 2023.
  4. 1 2 Sterling, Toby. "DoorDash sees tepid Q2 for Wolt as it completes $3.5 bln takeover". Reuters. 1 June 2022. 7 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 February 2023.
  5. Kelly, Maxine. "FT 1000: the fourth annual list of Europe's fastest-growing companies". Financial Times. 2 March 2020. 3 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2020.
  6. "Finnish food delivery company Wolt adds €436M to its vault; here's everything you need to know | Silicon Canals". 26 yanvar 2021. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
  7. "About". Wolt. 3 June 2021. 28 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2023.
  8. "DoorDash Joins Forces with Wolt". ir.doordash.com. 9 November 2021. 26 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2023.
  9. ""Wolt-Azərbaycan" yeni kampaniya elan etdi". azfood.az. İstifadə tarixi: 12 may 2020.[ölü keçid]
  10. "Wolt yemək sifarişi xidməti artıq Bakıda". 1news.az. 20 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]